14 C
Bakı
26 Aprel 2026 13:07
DünyaSiyasət

Ukrayna və Azərbaycan Rusiyanın ombasına yaxşı bir keyitmə iynəsi vurdu

Ukrayna prezidenti Azərbaycana gəlib və Prezident İlham Əliyevlə çox önəmli görüşlər keçirib. Mənim başım isə qarışıb Naxçıvanın “omba” rəsmilərinin “bomba” hərəkətlərini izləməyə. Bir sözlə, Naxçıvanın “omba” hakimiyyəti imkan vermir ki, dünyada və ətrafımızda baş verən hadisələri izləməyə və şərh etməyə.

Omba demişkən, Azərbaycan və Ukrayna prezidentləri rusiyalı həmkarlarının ombasına elə bir iynə vurdular ki, ağrısı uzun illər canından çıxa bilməyəcək. Söhbət Azərbaycanla Ukraynanın birgə silah istehsalı layihələrindən gedir. İlham Əliyev dünənki görüşündə bunu açıq şəkildə ifadə edərək dedi:

“Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”.

Bu o deməkdir ki, Ukraynanın silahlanmasında və özünü müdafiəsində Azərbaycan da əlindən gələni əsirgəməyəcək. Azərbaycan bu cəsarətli addımı və bunu açıq şəkildə bəyan etməsi ilə Avropanın bir çox ölkəsindən xeyli irəlidədir.

Yaşasın Azərbaycan-Ukrayna həmrəyliyi!

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Jurnalistlər ABŞ prezidentinin təyyarəsindən oğurluq edib

redaktor

“Qalatasaray”ın ulduzu xanımına XƏYANƏT EDİR: “4 telefonu var, qadınları qitələrə görə…”

admin

Ərdoğan: Putin təklif edib, hazırlıq görürük!

admin