14 C
Bakı
26 Aprel 2026 10:37
DünyaSiyasət

 “Möhkəmlənmə”nin anatomiyası

Co Bayden 2022-ci ildə: “Rusiya NATO-nu parçalamaq istəyirdi, lakin onu daha da genişləndirdi və möhkəmləndirdi.”

NATO üzvləri 2026-cı ildə

ABŞ-ın prezidenti Tramp:
“Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır.”

ABŞ-ın prezidenti Tramp:
“Qrenlandiya ABŞ-a məxsus olmalıdır.” (Hazırda Danimarkaya məxsusdur.)

Belçikanın baş naziri Bart de Vever:
“[ABŞ-ın] Xoşbəxt vassal olmaq bir şeydir, bədbəxt kölə olmaq – tam başqa bir şey.”

NATO ölkəsi Yunanıstan NATO ölkəsi Türkiyəyə qarşı qeyri-NATO ölkəsi İsraillə hərbi ittifaq yaradır.

NATO üzvləri İspaniya, Almaniya və s. ölkələr:
“ABŞ İrana qarşı müharibədə ölkəmizdə olan hərbi bazalardan hücum əməliyyatları üçün istifadə edə bilməz.”

ABŞ-ın prezidenti Tramp:
“NATO kağız pələngdir.”

ABŞ-ın prezidenti Tramp:
“İspaniyanı NATO-dan kənarlaşdırmaq lazımdır.”

ABŞ-ın prezidenti Tramp:
“Britaniyanın Folklend adalarına münasibətimizə yenidən baxmalıyıq.” (Adalara Argentina iddia edir.)

Fransa prezidenti Makron:
“Nəhayət, anlamalıyıq ki, ABŞ güclü Avropanın olmasını istəmir. … ABŞ etibarlı tərəfdaş deyil.”

Fransa prezidenti Makron 2 NATO üzvü arasında münaqişə ilə bağlı:
“Türkiyə Yunanıstanı təhdid edərsə, biz burada olacağıq, sizi dəstəkləyəcəyik. Əgər suverenlik təhdid altında olarsa, bilin ki, biz burada olacağıq. … Fransa-Yunan ittifaqı məhz bunu ifadə edir. İttifaq və dostluq mürəkkəb anlayışlar deyil, əslində onlar çox sadədir. Kritik bir an gələndə ertəsi gün nə edəcəyinizi düşünmürsünüz. Artıq nə edilməli olduğunu bilirsiniz.”

 

Asif Şəfəqqətov
Tacxeber.com

Oxşar xəbərlər

Putindən boşanmaq mümkündür. Rusiyadan yox.

redaktor

Almaniyadan 45 Azərbaycan vətəndaşı deportasiya edilib

admin

Kürdlərin geri addımı: ABŞ planı çökür, Türkiyə qazanır

redaktor