25.8 C
Bakı
01 Avqust 2026 01:25
DünyaSiyasət

Zelenskinin Bakı səfəri: dron müdafiəsi üzrə əməkdaşlıq gündəmdə

Ukrayna hərbi mütəxəssisləri Azərbaycanla öz təcrübələrini bölüşərək ölkəmizin hava (əsasən dron) hücumundan müdafiəsinin gücləndirilməsində iştirak edirmiş.

Zelenski bu gün səfərinə bir müddətdir Azərbaycanda fəaliyyət göstərən həmin mütəxəssislərlə görüşlə başlayıb.

Prezident Zelenski ölkəmizə Körfəzdən gəlib. O, qısa vaxt ərzində ikinci dəfədir Səudiyyə Ərəbistanına dəvət olunur.

Rusiya müharibəyə başlayarkən müstəqil Ukrayna dövlətçiliyini ortadan qaldırmağı və onu tərksilah etməyi (“denasifikasiya” və “demilitarizasiya”) qarşısına məqsəd qoymuşdu. Lakin bu müharibə Ukraynanı hərbi baxımdan dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Hazırda Ukrayna öz hərbi təcrübəsini və texnologiyalarını dost, tərəfdaş ölkələrlə bölüşərək həm geosiyasi rolunu artırır, həm də ixracat vasitəsilə iqtisadi fayda əldə edir.

Şahin Cəfərli
Tacxeber.com

Oxşar xəbərlər

Demokratiyanın nəticəsi rəqəmlərdə görünür

redaktor

İran müharibəsinin dərsi: Güclü hava müdafiəsi artıq zərurətdir

redaktor

Seuta böhranı: Miqrasiya, yoxsa geosiyasi təzyiq?

redaktor