11 C
Bakı
24 Aprel 2026 23:07
DünyaSiyasət

Nələrsə baş verir

Əlbəttə, ABŞ-İR-İsrail savaşını gündəlik infolar üzərindən yorumlamaq doğru olmaz. Ən azı ona görə ki, ortalıqda bir-birini təkzib edən, ziddiyyətli və həddindən artıq dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar dolaşır.

Ona görə mən olayları infolara görə deyil, prosesin məntiqinə görə yorumlamağı doğru hesab edirəm.

Fakt odur ki, hazırda ABŞ-ın üç ən böyük təyyarə gəmisi – USS Abraham Lincoln, USS Gerald R. Ford və USS George H.W. Bush – Körfəz əməliyyat dairəsindədir.

Bundan əlavə, 200-dən artıq qırıcı və bombardmançı təyyarə, 15.000 nəfər, yəni toplam 50 min xüsusi təyinatlı əsgər hazır vəziyyətə gətirilib.

Ərəb ölkələri genişmiqyaslı müdafiə hazırlıqları ilə məşğuldurlar. Pakistan qarşılıqlı müdafiə öhdəliklərinə uyğun olaraq Səudiyyə Ərəbistanına qırıcılar və əsgərlər yerləşdirib. Bundan əlavə, Ukrayna ilə birlikdə ciddi hava hücumundan müdafiə hazırlıqları görürlər.

İslamabad danışıqları çıxmaza girdikdən sonra, İR nümayəndə heyətinin başçısı Qalibafın SEPAH təhdidləri qarşısında istefa verdiyi barədə xəbərlər var. Araqçinin Pakistana getməsi əngəllənir. Buna baxmayaraq, o, İslamabad və Moskva daxil olmaqla xaricə səfərə çıxacağını açıqladı.

Paralel olaraq, ABŞ-dan da İslamabada nümayəndələrin gələcəyi barədə xəbər var.

SEPAH savaş başlasa, Ərəb ölkələrinin bütün neft, elektrik və su infrastrukturunu dağıdacaqları ilə təhdid edir.

İR neft anbarları olmaq üzrə, tərəflər danışıqlar üçün dolayı, bəhanəli görüşə cəhd edir.

Məncə, bunlar bir-birinin döyüş taktikalarını öyrənmək üçün ara verilmiş, daha böyük savaşın son hazırlıqlarıdır.

 

Murad Sultanlı

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ vətəndaşlarını dərhal İraqı tərk etməyə çağırıb

redaktor

Yayda zəhərlənmə riski ARTIR: ən təhlükəli qida TOYUQDUR!

redaktor

İlber Ortaylı koronavirusa yoluxdu

redaktor