11 C
Bakı
25 Aprel 2026 01:47
Şou

Çox bisavadıq

Çox bisavadıq e.
Siz elə bilirsiniz ki, bir ölkənin musiqi sektoru öz-özünə dirçəlir?
Bilmirsiniz ki, Hollivud olsun, Bollivud olsun, Türkiyə serial sənayesi olsun, bütün bunlar öz-özünə formalaşmayıb. O Tarkanı da, Taylor Swifti də, Dima Bilanı da, ümumiyyətlə HAMISINI mühit, sərmaye və proqramlar yetişdirir?!

Məsələn, rus kanalları yayımlanan ərazilərdə təbii ki, rus müğənnisi tanınmış olacaq də. Bu siyasətdir, bu diplomatiyadır, bu MEXANİZMDİR! Bunu anlamaq çox çətindir?
Bu tanınmışlıq məgər müğənninin gücüylə əldə olur?

Bu bir müğənninin pulu, səsi, mahnısı məsələsi deyil.

Məsələn, Tarkanın ŞIMARIK mahnısı MCM, MTV və Avropa radiolarına HAVAYI girmişdi…? Buna tək Tarkanın pulu yetərdimi? Bu qədər safsınız?

Mən deyəndə ki, niyə gürcülər, ruslar, türklər, ukraynlar burada BU QƏDƏR konsertlər verir, o BİSAVADLAR gəlib deyir ki, sən də get orada konsert ver…

Əslində istedad hər yerdə var. İnsan hər yerdə insandır. Amma, hansısa ölkələrdə bu istiqamətdə planlı işlər görülür, bizdə isə son 25 il efirlər ancaq “toyxana” mühiti, “toyxana” artisti yetişdirdi. Yox?

Heç bilirsinizmi ki, Dünya şöhrətli, Beyonsun, Rosalianın, Madonnanın heyran olduğu BJÖRK özü, bizim Alim Qasımova heyrandır… Bilirdiniz bunu?!

Amma ölkədə bir dənə qurum, təşkilat, sponsor Alim Qasımovun Björkla iş birliyinə dəstək olmadı. Bax, məsələ budur. Forması var də bunun:
Səliqəli leybllara yatırım edilir, yaxşı səslər tapılır, layihələr hazırlanır və PİAR OLUNUR.

Musiqi sektoru özü də bir siyasətdir. Sən ölkənin ən böyük konsert salonlarında, ORTABAB gürcü, rus, türk müğənnilərinə meydan verərkən, eyniylə ÖZ MALINI da hazırlamalı, yaratmalı, satmalı və HƏMİN BAZARA DAXİL OLMA şanslarını qonşu ölkələrdən TƏLƏB etməlisən. Bu iqtisadi və DİPLOMATİK məsələdir

Bu, artıq “Sən nə müğənnisən” tipli bayağı müzakirə olmamalıdır. Sual konkretdir.

Hanı bizimkilər?
Hanı dəstək proqramları?
Hanı piar komandası?
Niyə yoxdur?

 

Murad Arif

Tacxeber.com

Oxşar xəbərlər

Bütün ailə “TikTok”dadır – İzzət Bağırov

redaktor

Şəbnəm Zauru tənqid etdi: “Reklam arasında dedi ki…”

redaktor

Xuraman Əlizadə: “Deyirlər ki, artıq çəkilisən deyə, ərinin…”

redaktor