Avropa Birliyi Ukraynaya artıq 90 milyard avro məbləğində kredit ayrılmasını nəhayət ki, həm blokdan açdı, həm rəsmi təsdiqlədi. Bu məsələ uzun müddət idi Macarstan, V. Orban tərəfdən Rusiyaya faktiki dəstək olmaqla, veto qoyulub, bloklanmışdı. Orban getdi, kreditin bloku açıldı.
Bu hadisə, Ukrayna üçün böyük uğur və Rusiya, Putin üçün böyük zərərdir. Və Ukrayna savaşda astronomik 90 miyard qədər hərbi güclənir, bu güclə savaşacağı Rusiya isə, sadə məntiqlə bu miqdar qədər də zəifləmiş olur.
Və həm də, bu kreditin banklara qaytarılmasına Ukrayna cavabdeh olmayacaq. 90 milyard avro Rusiyanın Qərbdəki, 400 milyard həbs qoyulan aktivlərindən, Ukraynaya savaşla bağlı ödəməli olduğu o təzminatların hesabına qaytarılacaq.
Bunun da üstünə, NATO-nun Ukraynaya irəlidə ayıracaq 60 milyard dollar artıq, təsdiq edilmiş miqdarı gəlincə, Ukrayna dövləti, ordusu xeyli güclənir. Əsgərinin mübariz ruhu və həm hərbi bacarığı ilə Rusiya işğalına qarşı tam güclənər.
Bununla Ukrayna, 4 il əvvəl, Rusiyanın qəfildən hücumuna qarşı müdafiədə dayanan bir dövlət olmayacaq. Bu artıq, ən azı Rusiyanın hərbisilə balansdır. Və Ukrayna əsgərinin vətən uğrunda döyüş hissi də işğalçı ilə savaşa üstünlük verir.
Digər tərəfdən Trampın Putinlə çox məharətli “dostluq” oyunu arxasında, ABŞ-ın Ukraynaya məxfi kəşfiyyat və silah istehsalı və sair kimi hərtərəfli köməyi də var. Üzdə açıqlanmayan.
Nəticə nədir?
Bu saat, Rusiyanın Ukrayna savaşı avantürası elə bir sınma nöqtəsinə çatıb ki, həm ordunun döyüş ruhu enməsi, həm, ölkə dərinliklərində Ukrayna raket, dronların onun infrastrukturunu vurub zəiflətməsi, Kremli çox narahat edir. Bilir ki, bu gedişatla Ukrayna ordusu genişmiqyaslı hücuma keçə və Rusiya qoşununu vurub, tam Donbasdan da çıxara bilər böyük biyabırçılıqla.
Ona görə, Putin ümidini Trampa bağlayıb ki, o Zelenskiyə təzyiqlə heç olmasa Donbası şərti (yəni müvəqqəti) olaraq, Rusiyanın ixtiyarında saxlamaqla, atəşkəs və sülhü təşkil etsin. Və Tramp bunu edərmi və Zelenski buna gedərmi, bu böyük və çətin sualdır, indi artıq Ukraynanın potensialı Rusiya səviyyədə gücləndiyi zaman. Hır halda, danışıqlar və sülh olsa, yaxşı olardı!
