24 C
Bakı
06 Sentyabr 2026 06:32
İqtisadiyyat

Bu sulların cavabı varmı?

Hesablama Palatası “Dövlət auditi” bülleteni açıqlayıb – açığı, çox keyfiyyətli sənəd hazırlayıblar. Rəsmi sənəddə Gəncə İcra Hakimiyyəti, Naxçıvan MSK-dan tutun da, müxtəlif nazirliklər və dövlət idarələrinin büdcə xərcləmələrində pozuntularla bağlı adları keçir. Bir tək avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) 176 milyon artıq vəsait xərclənib.

Bu azmış kimi, bu gün Maliyyə nazirliyi də açıqlama verib ki, 2025-ci il və 2026-cı ilin ilk rübündə 157 nəzarət obyektində aparılan yoxlamalar zamanı maliyyə pozuntuları aşkarlanıb.

Vətəndaş olaraq təşəkkür edirəm ki, bizə büdcə yeyintiləri ilə bağlı məlumat verirsiniz, sağ olun, var olun, bülbül olun – qəfəsdə olmayın, amma, pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?! Hesablama Palatası illərdir pozuntular aşkarlayır, hesabat yayır – yaxşı, məsələn, son 5 ildə Palatanın hesabatı əsasında, sübut olunmuş yeyinti faktlarına görə neçə məmur həbs edilib, işdən çıxarılıb, neçə cinayət işi açılıb?! Bu sulların cavabı varmı?!

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Dolların hökmranlığına qarşı yeni maliyyə cəbhəsi

redaktor

İtaliya kəndləri xilas edir, Azərbaycan kəndləri boşalır

redaktor

Problemli kreditlər artır: bu gün borcalanın, sabah bankların problemi

redaktor