8 C
Bakı
22 Aprel 2026 02:05
DünyaSiyasət

ABŞ-ın əsas hədəfi İR deyil, Çindir

Hesab edirəm ki, Hörmüz boğazı ilə bağlı İR tərəfinin ilkin həmləsi yetərincə hesablanmamış addım idi və şübhəsiz ki, bu addım da Körfəz ölkələrinə endirilən zərbələr kimi strateji olaraq yanlış addım olduğu açıqdır.

Bu strateji yanlışlar ilk mərhələdə İR-ə, sonra isə bu addımlara hərbi-texniki dəstək verən Çinə zərər verəcəkdi ki, verməyə başlayıb.

İR günlük təxminən 4 milyon barel neft hasil edir və təxminən 90 milyon barel anbar tutumu var. Hazırda neft anbarlarının əksəri dolmuş vəziyyətdədir.

Atəşkəs pozularsa, 10 milyonlarla barel neftlə dolu anbarların hədəf olması İR-i “daş dövrü”nə qaytarmağa yetər. Neft ixracının bloklanması onsuz da dolu olan anbarlar üzündən hasilatın dayandırılması deməkdir.

Hasilat dayandırılarsa və ya azaldılarsa, bu, minlərlə quyunun texniki olaraq yararsız hala düşməsinə gətirib çıxaracaq. Məcburi dayanma yataqlarda yaranan kondensat, tortu üzündən quyularda tutulma, pompaların sıradan çıxması, süxurlarda bir çox fiziki-texniki problemlərin yaranması deməkdir.

Bu duruma düşən yataqlarda, quyularda hasilatı yenidən bərpa etmək ciddi problemlərə və uzun zaman itkisinə səbəb olacaq. Anlaşılan, amerikalılara 2 həftəlik atəşkəs elə buna görə lazım imiş: öz-özünə sıradan çıxan minlərlə quyu, milyardlarla zərər və başqa bir “Daş dövrü”.

Əslində yuxarıda dediyim hər iki addım ABŞ-ın tələsinə düşməyi açıq göstərdi. Bu gün ABŞ ordusu 20 gün öncə Xark adasından 2 milyon barel yüklə yola çıxan “Tiffany” gəmisini Hind okeanında ələ keçirdi.

2003-cü ildə buraxılan, 330 metrlik bu gəmi Çinə neft daşıyırdı. Artıq İR-dən çıxan və oraya gedən heç bir gəmi dünya okeanının heç bir yerində təhlükəsiz deyil.

Sanıram, olayların bu ssenari ilə inkişafını heç İR tərəfi də gözləmirdi. Biraz öncə İR-in xarici işlər naziri Arakçinin X hesabında bu addımları qınayan açıqlamasında durum qarşısında çarəsizlik açıq-aşkar hiss edilir.

İndiki halda ABŞ-a atəşkəsi daha bir neçə həftə davam etdirmək sərfəlidir. Bu müddət Trampın Çin səfərində istədiyi ortamı təmin etməyə yetər ki, bu savaşda İsraildən fərqli olaraq ABŞ-ın əsas hədəfi İR deyil, Çindir.

Murad Sultanlı

Tacxeber.com

Oxşar xəbərlər

Putin Minskə buna görə getdi: Belarus savaşa girir ?

admin

Portuqaliya və Fransa millisi 1/4 finalda qarşılaşacaqlar.

admin

“Rusiya Ermənistanda inqilaba ona görə əngəl olmadı ki, Qərblə alverə getdi…”

redaktor