11 C
Bakı
21 Aprel 2026 15:11
DünyaSiyasət

“Xəzər asayişi” Alyansı yaradılması yolunda nəhəng təşəbbüs: S7+

Vaşinqton Mərkəzi və Cənubi Asiyanın iqtisadi mənzərəsini kökündən dəyişdirəcək yeni geosiyasi təşəbbüsünü həyata keçirməyə hazırlaşır. Silk Seven Plus (S7+) geosiyasi təşəbbüsü strateji ticarət və nəqliyyat əlaqələrini inkişaf etdirmək, regionun məhdud sayda xarici tərəfdaşlardan asılılığını azaltmaq, daha geniş inteqrasiya və qlobal bazarlara çıxış üçün yol açmaqdır.

Vaşinqton S7+ (İpək Yeddi Plus) layihəsinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstanı dəvət edəcək. Pakistanın da bu layihəyə qoşulacağı gözlənilir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib ki, Vaşinqtonun Mərkəzi Asiyaya yeni bir yanaşmaya ehtiyacı var. “Biz eyni köhnə üsullarla fəaliyyət göstərməyə davam edə bilmərik. S7+ təşəbbüsü bu zəruri dəyişikliyin bir hissəsidir”.
New Lines Strategiya və Siyasət İnstitutu tərəfindən hazırlanmış S7+ layihəsi dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinin ticarət potensialını məhdudlaşdıran halı, eləcə də bu bölgənin Çin və Rusiyadan asılılıını ortadan qaldırmağı hədəfləyir.

Silk Seven Plus layihəsinin təqdimatı tezliklə Konqresdə qanunvericilərin və ekspertlərinin iştirakı ilə keçiriləcək. Vaşinqtondakı təqdimatdan sonra S7+ layihəsinin London və Brüssel də daxil olmaqla Avropa paytaxtlarında təqdim edilməsi planlaşdırılır.

New Lines Strategiya və Siyasət İnstitutun S7+ layihəsi “Xəzər asayişi” Alyansının yaradılması yolunda nəhəng təşəbbüs, hətta başlanğacdır. Belə demək olar ki, Vaşinqton tezliklə “Xəzər asayişi” Alyansının formalaşdırılmasına başlayacaq.

Mərkəzi və Cənubi Asiyanın iqtisadi mənzərəsini kökündən dəyişdirəcək layihənin hərbi-siyasi çətir olmadan gözlənən nəticəni verməyəcəyini Vaşinqtonda gözəl bilirlər. Sadəcə olaraq İran və Yaxın Şərqdə gedən əməliyyatlar “Xəzər asayişi” Alyansının yaradılmasını ləngidir. Ancaq zamanın tələbi, böyük iqtisadi və ticari əsasları olan “Xəzər asayişi” Alyansının yaranması zamanın hökmüdür.
Böyük bir çoğrafiyanın bu günü və gələcəyi müəyyən olunarkən dövr Antalya Diplomatiya Forumu (ADF2026) kimi siyasi və diplomatik nəticəsi olmayan tədbirlərə vaxt itirmək zamanı deyil. Zaman bizdən Azərbaycan və Mərkəzi Asiyanın siyasi, iqtisadi və hərbi təhlükəsizliyini təmin edəcək “Xəzər asayişi” Alyansının yaradılmasını sürətləndirmək üçün güclü təməllərin hazırlanmasını tələb edir.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədən Rusiyaya ƏSƏD ÇAĞIRIŞI: “Dəstəyi dayandır, faydasız olacaq”

redaktor

İmran Xan barədə qərar: 3 il həbs

redaktor

Trampın ultimatumları Netanyahunun sonunu  gətirir

redaktor