Bir neçə gün qabaq ABŞ Quru Qoşunlarının komandanı Deniel Driskollun Nümayəndələr Palatasının komitə iclasında çıxışına baxdım. Sözün düzü əvvəl gördüyümə və eşitdiyimə inanmadım, çıxışa yenidən baxdım. Nümayəndələr Palatasının komitə iclasında Driskoll Ukrayna ordusunun ünvanına komplimetlər yağdırırdı, ABŞ ordusunun ilk gündən Ukraynanın yanında olduğunu da qeyd etdi.
Daniel Driskoll:”Onlar müharibə qaydalarını kökündən dəyişdilər. Onlar innovasiya sahəsində həqiqətən heyrətamiz iş görüblər və mən bunu açıq şəkildə demişəm ki, biz onlardan çox şey öyrənirik və onların bizə öyrətdiyi bir çox dərsləri tətbiq edirik”.
Deyəcəksiniz: təəccüblü nə var ki?
2025-ci ilin noyabr ayında Tramp Den Driskollu Kiyevə göndərmişdi ki, o, Zelenskiyə təzyiq göstərərək Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxmasına və Trampın 28 bəndlik planını imzalamasına nail olsun.
Həmin vaxt Kiyevdə Driskoll Zelenskiyə qışqıraraq belə arqumentlər irəli sürürdü:
– Ukrayna hərbçiləri cəbhədə çətin vəziyyətdədir və məğlubiyyət təhlükəsi yaxınlaşır;
– Rusiya hava zərbələrinin miqyasını və intensivliyini artırır və uzun müddət müharibə apara bilər;
– Zaman keçdikcə Ukrayna üçün vəziyyət yalnız pisləşəcək, buna görə də daha zəif mövqedə qalmazdan əvvəl indi hansısa sülh razılaşmasına gəlmək daha yaxşıdır;
– ABŞ-ın hərbi-sənaye kompleksi Ukraynanı silahlarla, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün raketlərlə, infrastruktur və əhalini qorumaq üçün lazım olan tempdə təmin edə bilməyəcək.
Buna görə də razılaşmanı qəbul edin bundan sonra sizi yalnız məğlubiyyət gözləyir!
Driskoll Rusiyaya simpatiyaları ilə fərqlənən general idi, Cey Di Vensin dostudur.
5 aydan sonra mövqenin “transformasiyasına” diqqət yetirin və bu, təbii ki, cəbhədə baş verənlərlə bağlıdır. Amerikalılar güc balansında dəyişiklikləri görürlər.
P.S. 20 apreldə WSJ-nin Den Driskollun müdafiə(müharibə) naziri Pit Heqsetlə son dərəcədə mürəkkəb münasibətləri barədə maraqlı məqalə dərc olunub. Görünür Pentaqonda da intriqalar səngimir, Heqset Drisollun nazir vəzifəsinə yüksəlməsindən ehtiyat edirdi(r) və qarşısını almaq istəyirdi(r).
