“Mən bunu dəfələrlə səsləndirmişəm, bütün polisləri ən azı bir-iki aylıq cəbhəyə, ya da cəbhəyə yaxın zonaya göndərərdim”.
Tacxeber.comxəbər verir ki, bunu Ukrayna Daxili İşlər naziri İqor Klimenko mediaya açıqlamsında deyib.
Nazir hesab edir ki, Ukraynada patrul polisinin təlimi gücləndirilməlidir ki, onlar “başqalarının həyatı üçün öz həyatını təhlükəyə atmağa hazır olsunlar”.
Nazir vurğulayıb ki, patrul zabitləri müharibə veteranları tərəfindən təlimləndirilə bilər və onlara polis təlim sistemində xidmətlərini davam etdirmək imkanı təklif olunacaq.
Nazirin bu çıxışına səbəb bir neçə gün əvvəl Kiyevdə baş verən hadisədir. 18 apreldə Kiyevin Qoloseyevski rayonunda bir kişi yoldan keçənlərə atəş açıb, sonra supermarketə girib və insanları girov götürüb.
Bu zamanı iki polis əməkdaşı müdafiəsiz insanları qorumaq əvəzinə, onları ataraq hadisə yerindən qaçıb. Bununla bağlı videogörüntülər yayıldıqdan sonra həmin polislər işdən kənarlaşdırılıb və daxili araşdırma başlayıb. (AzPolitika)
