13 C
Bakı
20 Aprel 2026 21:36
Digər

Müharibənin “o tayında” nə danışılır?

Desək ki, son 6-8 həftə ərzində müharibədə güc balansı dəyişikliyi baş verib nə yanılarıq, nə də ki prosesin miqyasını şişirtmiş olarıq və təbii ki, baş verənlər Rusiya hərbi blogçular tərəfindən müşahidə və şərh olunur, daha doğrusu onlar tərəfindən həyacan təbili çalınır.

Oxuyaq.

“Svideteli Bayraktara”(və “Romanov Layt”) telegram kanalı:

“Bəli, biz artıq bacarmırıq. Biz hamımız birlikdəyik. Həm mən, həm də bu mətni oxuyan sən. Dörd ildir ki, biz qeyri-müəyyən vəziyyətdə yaşayırıq. Ordu döyüşür, amma qalanlarına bu aid deyildi. Xarkov istiqamətindəki yenidən qruplaşma(yəni geriçəkilmə) dəyişikliklərə təkan verdi, amma bu effekt tez bir zamanda yox oldu. 2023-cü ilin əks-hücumunu dəf etdikdən sonra biz özümüzü inandırdıq ki, qələbə özü bizi tapacaq. Sadəcə gözləmək lazımdır.

Tapmadı. Qarşı tərəf resurslarını səfərbər etdi. Pilotsuz texnologiyalara keçdi və bütün gücü ilə robot müharibəsinə keçidə çalışır. Bu isə o deməkdir ki, biz canlı insanı havadakı cihazlara xərcləmək məcburiyyətində qalacağıq.

Ukraynalıların daha bir güclü xüsusiyyəti var. Onlar total müharibəyə keçiblər. Bizə gülməli gələ bilərdi, amma onlar qalib gəlmək niyyətindədirlər”.

“Voennıy Osvedomitel” telegram kanalı:

“Artıq aydındır ki, Rusiyanın HHM sistemləri və mobil-operativ qrupları Ukrayna dronlarının kütləviliyinə və zərbələrin davamlılığına tab gətirə bilmir.

Ya bu sahədə radikal köklü islahatlar həyata keçirilməlidir, ya da Ukraynanın Avropadaki dron istehsalı infrastrukturunu sıradan çıxarılmalıdır. Əks halda ilin sonuna çox böyük problemlərlə üzləşəcəyik”.

Müharibənin “o tayında”ki əhvalı yəqin hiss etmisiniz…

Oxşar xəbərlər

Siyasi məhbus Ülviyyə Əli təcridxanadan yazır: “Türmədə “unudulmuş” məhbusları görmək məni çox kədərləndirir.”

admin

Qənirə Ataşovanın səhhətində problem yaranıb – Foto

redaktor

“Su borusunun dəyişdirilməsi üçün də ölkə Prezidentinə müraciət edək?” Nura Suri

admin