23.3 C
Bakı
05 İyun 2026 15:08
GündəmHadisəİqtisadiyyatMuharibə

Mercedes-Benz, BMW, MAN və Volkswagen zavodları Ukrayna üçün silah istehsalına başlayır

“The Wall Street Journal” Almaniya iqtisadiyyatını müharibə vəziyyətinə keçirməyə və Mercedes-Benz, BMW, MAN və Volkswagen zavodlarını, xüsusən də Ukrayna üçün silah istehsalına yönəltməyə hazırlaşması haqqında xəbər paylaşıb.

Almaniyanın avtomobil sənayesi İkinci Dünya Müharibəsindən bəri ən uzun tənəzzülünü yaşayır. Hərbi istehsal üçün montaj xətləri yenidən qurulur. Məsələn:

Volkswagen Dəmir Günbəz hava hücumundan müdafiə sistemi üçün komponentlər istehsal etməyi planlaşdırır;

– Avtomobil hissələri istehsalçısı Schaeffler dronlar üçün mühərriklər, zirehli maşınlar üçün bort sistemləri və hərbi təyyarələr üçün komponentlər istehsalına başlayıb;

– Bir sıra şirkətlər Ukrayna üçün silah və sursat istehsalı üçün üçüncü növbə əlavə ediblər. Patriot tutucuları da tezliklə Almaniyada istehsal olunacaq.

Nəticədə, Almaniya ötən il Çini keçərək 5,7% payla dünyanın dördüncü ən böyük silah ixracatçısı oldu. Almaniyanın silah ixracatının təxminən dörddə biri Ukraynaya gedir. (Azadlıq Qəzeti)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İmmunitetinizə “təcavüz” etməyin, ölə bilərsiniz! – Həkim

redaktor

Ət dükanlarında alıcıları belə aldadırlar – ŞOK OLACAQSINIZ!

redaktor

Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu – 26 hektar torpağı sahibinə qaytarmalıdır!

redaktor