DünyaSiyasət

Dünyanın ən istedadlı adamı : Bir əldə 7 qarpız tutmağı bacaran “deputat”

Naxçıvan Ali Məclisinin bir əlqaldıranı (deputat deməyə dilim gəlmir) var – Əziz Qasımov. O, bir əldə 7 qarpız tutan nadir istedadlardan sayılır. Belə ki, həm

1. Ali Məclisin deputatıdır”
həm Ali Məslisdə
2. Komitə sədrinin müavinidir;
həm Naxçıvan Dövlət Universitetində
3. Həmkarlar ittifaqının komitə sədridir;
həm NDU-da
4. İnsan resursları söbəsini idarə edir. (Qeyd edim ki, bu şöbə rəsmən Hüseynova Şəbnəm adlı bir xanıma həvalə edilib, amma şöbəni idarə edən şəxsin Əziz Qasımov olduğu bildirilir);
həm NDU-da
5. Ümumi hüquq kafedrasının müəllimidir;
həm
6. NDU nəzdində olan İngilis təmayüllü məktəbin idarəçiliyi qeyri-resmi qaydada ona həvalə olunub.

İddialara görə, Əziz müəllimə 7-ci vəzifə də verilib-mənə və digər Naxçıvan Dərəbəyliyindən yazan jurnalistlərə qarşı qara təbliğat kampaniyası aparmaq vəzifəsi.

Əziz müəllimə və “Tendersatan” Ceyhun əfəndiyə Aşiq Ələsgərin bir sözünü xatırlatmaq istərdim:

“Əl atma qüdrətin çatmayan daşa,
Qaldıra bilməzsən zora düşərsən”.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

Gəncədə “Dəmir yumruq” adlı fləşmob keçirilib – FOTO

redaktor

ABŞ Ermənistanı siyahıdan çıxartdı

redaktor

İran ziyarətgahının üzərində qırmızı “qisas bayrağı” qaldırıldı.

redaktor