23.4 C
Bakı
06 İyun 2026 12:37
DünyaGündəmSiyasət

Vaşinqtondan İstanbula: Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsi

Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artıb. Ankara da bunda maraqlıdır.

Ermənistan rəsmiləri Türkiyədə keçirlən müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Ermənistanın baş naziri Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini bildirib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir.

Bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ermənistanı Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil olmağı təklif edib. Alen Simonyan bu təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Arutyunyanın məhkəmədə şok ifadəsi: Gəncənin vurulması…

admin

Lənkəran həbsxanasında məhbuslar telefon danışığına qoyulan məhdudiyyətlərdən şikayət edir

admin

Ramiz Mehdiyevin 50 nəfərlik xəyanət çetesində kimlər yer alıb?

admin