DünyaMuharibə

Bəs ordunu niyə saxlayırsan?

Keçən ilin avqustundan ABŞ-İsrail cütlüyünün göstərişi ilə Livan hökuməti Hizbullahdan tələb edir ki, silahları hökumətə təhvil versin. Ölkədə yalnız bir hərbi birləşmə olmalıdır – Livan ordusu.

Dünyada Livan ordusu qədər vecsiz və mənasız bir ordu yoxdur!

Az qala hər il İsrail Livanı bombalayır, ərazisinə müdaxilə edir, illərdir bəzi kəndlərini işğalda saxlayır, minlərlə vətəndaşını öldürür… lakin bu ordu hələ İsrailə tərəf bir güllə də atmayıb, İsrailin bir əsgərini də yaralamayıb.

Hizbullah olmasaydı, Livan çoxdan Böyük İsrailin əyalətinə çevrilmiş, livanlılar isə ya sürgün olunmuş, ya da Qəzza kimi həbs düşərgələrində yaşayırdılar. İsrail rəsmiləri Livanın ən azı cənub ərazilərini işğal etmək niyyətlərini açıq bəyan edirlər.

Hökumət isə İsrailin Livandakı mülki infrastrukturlara qarşı hücumlarına cavab olaraq BMT Təhlükəsizlik Şurasına təcili şikayət təqdim etmək qərarına gəlib. Baş nazir BMT-nin İsraili “sadəcə qınaq bəyanatlarından bezdiyini” deyib.

Bəs ordunu niyə saxlayırsan? Ordu polis deyil axı daxili işlərlə məşğul olsun? Ordunun əsas vəzifəsi elə ölkəni xarici müdaxilədən qorumaqdır.

Xarici müdaxilə edən kimdir? İsrail.

Ölkəni xarici müdaxilədən qoruyan kimdir? Hizbullah.

Hizbullahı tərksilah etməyi tələb edən kimdir? İsrail.

Yəni Livan hökumətinə çatmır?!

 

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Fələstinli satqınları dəhşətli ölüm gözləyir – Tarixin ən acı ironiyası

admin

“Hesablarımı ödəyə bilmirəm, pulum yoxdur” – Trampın şəxsi vəkili

redaktor

“HƏMAS liderləri tunellər vasitəsilə Misirə qaçıblar” – İsrail

admin