Boğaz və Körfəzdəki qonşularına son qəzəbli raket hücumları etməklə, İran rejimi sanki öz damarlarını açdı, oradan ərəblərə qarşı köhnə ədavətin və nifrətin mavi və hirsli qanı fışqırdı.
Bu çarəsiz və siyasi olaraq mənasız hücumlar, SEPAH-ın kiçik, amma ki, çox da yüksək təlimli şiələri tərəfindən sünni müsəlman dünyasına nəzarəti ələ keçirmək üçün qırx illik təxribatın, ideologiyanın sonunu gətirdi. Analizlə açaq…
Ayətullahlar–Xomeyni və Xameneinin İsrailə olan vəsvəsəsinin arxasındakı əsas ideya nə idi? Sünni Fələstin qaçqınları ilə şiə fanatiklər arasında əlaqələr nə imiş? İran o yeni inqilabi hökuməti dövrü uzaq Qüdsə olan ehtirasından niyə, tamamilə ağlını itirdi? Fanatik şiələr niyə, o zaman özlərinə bu qədər yad olan bir sünni ziyarətgahını – Əl-Əqsa məscidini azad etdilər?
Bütün bu region vəsvəsələri, inqilab ixracı da İran rejiminə o dərəcə xərc, itkilərə başa gəldi ki, Rejimi sadəcə, fanatizm durumlu “şikəstə” çevirdilər. Sual yaranır, Niyə? Hansı məqsəd, fayda üçün imiş, bu qədər çox xərc, fəaliyyət?
İndi aydındır: SEPAH (və əlbəttə, ayətullalar) bununla sünnilərin rəqabət zəifliyini, onların əhəmiyyətsizliyini və şiələrin onlar üzərində qələbəsini nümayiş etdirmək üçün Qüdsü ələ keçirməyi xəyal edirdilər… Nəyi sübut etmək üçün? Məhz, sünni üzərində şiə üstünlüyünü.
Onu ki, bütün geniş sünni dünyası (Məkkə və Mədinədən sonra) üçüncü olan ən müqəddəs Qüds məkanını əsrlərlə geri ala bilmədi, ancaq onlardan on qat kiçik, lakin cəsur, müdrik İran şiələri buna nail oldular! Böyük üstünlük olardı.
Belə bir qələbə ilə və nüfuzla Xomeyni varisləri həqiqətən onilliklər boyu müsəlman dünyasına rəhbərlik etmək şansına sahib olacaqdılar. Və bəlkə də Məkkənin Kərbala ilə əvəzlənməsi ilə! Əlbəttə, bunar hamısı tamam nəzəri məsələ idi.
SEPAH üçün isə bu layihə fantaziya deyildi. Bu, ideya nəhayət ki, puç olduqda da onların sünni qonşulara qarşı şiddətlə hücum etmələrindən aydın olur, o dərin ideologiya, puç olmuş niyyət.
Bu cür, ağlasığmaz bir müdhiş planın süqutu Yaxın Şərqdə bu gün əsas strateji dəyişiklikdir. Bu planın fanatikləri tərəfindən əsir götürülən İranı hərəkətdə saxlayan stimul artıq qırılmış. Onu isə bərpa etmək mümkün deyil. Səudiyyə Ərəbistanlna gələn Pakistan qoşunlarının ilk kontingenti açıq şəkildə göstərir ki, boğazın o tərəfində (İran tərəfdə) Krallığın sadəcə rəqibi deyil, Rejim adlı ölümcül düşməni mövcuddur.
Belə çıxır ki, İran şiə rejiminin İsrail üzərində qələbəyə ehtiyacı yox imiş. Onun müsəlman dünyası üzərində qələbəyə ehtiyacı var imiş. Bütün bu, “İslam inqilabı ixracı” adı altındakı ideya və əməli isə, məhz İslam dünyasındakı şiə hegemonluğuna yönəlmiş. Qoyun cildinə girmiş canavarı ovçular ələ keçirəndə məhz, özünün əsl canavar simasını göstərmiş oldu
P. S
Bu yaxında İslamabadda (Pakistan) keçirilən sünni ölkələrin Pakistan, Türkiyə və aparıcı iki ərəb ölkələrin: Səudiyyə və Misirin müəmmalı görüşündə dərhal yazdım ki, bu İrana qarşı olan gizli tədbirdir. Bunun üstünü başqa məqsədlər olması deyib, gizlətsələr də, Rejimdən xilasdır.
Şəkildə: Pakistanın qırıcıları Səudiyyədə.
