İslam qardaşlığından danışan İranda Firuz ən-Nəhavəndinin movzoleyi. Hazırda rəsmən təmirə bağlanıb, ancaq bura dövlət məmurlarının ziyarət etdiyi, şagirdlərin ekskursiyaya gətirildiyi tanınmış yerdir.
Əslən fars olan Firuz İslamı qəbul etməyən, Sasani generalı olub. Bəs islamda rolu nədir ki, adına türbə tikilib?
Dini heç bir xidməti yoxdur. O, Xəlifə Öməri namaz vaxtı arxadan vurduğu xəncər zərbəsi ilə qətl edərək, Sasanilərin məğlubiyyətinin və İslamın yayılmasının qisasını alıb. Elə bu fakt onun İranda müqəddəsləşdirilməsi üçün yetərli səbəbdir.
Türbə adında İslam kəliməsi olan İranın “milli qisas” simvoludur. İranı sevən Türkiyəli qardaşlar İranda olanda mütləq ziyarət etsinlər, İsfahanda yerləşir.
1975-ci ildə İranın Milli İrsi siyahısına daxil edilib və İranın Mədəni İrs və Turizm nazirliyi tərəfindən dövlət səviyyəsində qorunur.
