DünyaSiyasət

İran–ABŞ qarşıdurması: məğlubiyyət görüntüsü, danışıqlar reallığı

İran da dəhşətdir, sən öl. Müharibədə məğlubiyyətə uğrayır, diplomatik masada isə ABŞ ilə razılığa gəlmir. Kiminsə ola bilsin bu yerdə ağzı əyiləcək. Qınamayın məni, məğlub olanı Yevlaxa gələn görmüş adamam.

Müşahidə edirəm ki, özünə politoloq, siyasi şərhçi və ya strateq deyən bəzi şəxslər ABŞ nümayəndə heyətini “canavar”, Abbas Ərəqçini isə zəif və cılız fiqur kimi təqdim edirlər. Bu gedişlə, yazdıqlarıma görə mənə “Ərəqçi aşiqi” damğası vuracaqlar. Ancaq Pezeşkian prezident seçiləndən sonra, hələ nazirlər bəlli olmayan vaxtda yazmışdım ki, xarici işlər naziri postuna Abbas Ərəqçi gətirilə bilər. Hətta qeyd etmişdim ki, əgər o, bu vəzifəyə təyin olunsa, onunla danışıqlar masasına oturacaq digər nazirlərin halına acıyıram, onlara yazığım gəlir.

Bunu niyə yazmışdım? Çünki sadəcə oxumaq və araşdırmaq lazımdır. ABŞ-ın keçmiş dövlət katibinin müavini Vendi Şermanın (Wendy Sherman) 2018-ci ildə nəşr olunmuş “Qorxmaz olun: İnsanlar, Siyasət və Danışıqlar haqqında Dərslər” (Not for the Faint of Heart: Lessons in Courage, Power, and Ambiguity) adlı kitabı var. Əgər bu kitabı oxusaydınız, mənim heç bir şəxsin tərəfdarı olmadığımı, sadəcə düşməni elə düşmənin öz gözü ilə öyrənməyə meyilli olduğumu bilərdiniz. Bəzən düşünürəm ki, bu cür detalları öyrənməyə və analiz etməyə ayırdığım vaxta, çoxdan ikinci kitabımı çap etdirmişdim.

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Lebedev: Azərbaycan və Ermənistanın Vaşinqtonda qəbul etdiyi bəyannamə sülhə yol açır

redaktor

Ukrayna Lukaşenkoya xəbərdarlıq ETDİ

redaktor

“Qarabağdakı ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimi insanlarla yox”

admin