24.8 C
Bakı
10 İyul 2026 10:37
DigərMuharibə

Əgər bayraqla, canlı sipər olmaqla müharibəni dayandırmaq mümkündürsə, tarixdə müharibələr baş verməzdi

Sepah gəncləri, qadınları, hətta uşaqları ölkənin enerji obyektlərini qorumaq üçün “canlı sipər” olmağa çağırıb. Bu ideyanın müəllifi Əlirza Rəhmanidir.

Çağırışa qoşulanlar bayraqlarla gəlirlər.

Onlar hamısı əliyalındır. Onlar elə bilirlər ki, bu yolla bombardmanlara mane ola biləcəklər. Lakin bu tanış ssenari nə İsraili, nə də ABŞ-ı zərbələrdən saxlayacaq. Əgər bayraqla, canlı sipər olmaqla müharibəni dayandırmaq mümkündürsə, tarixdə müharibələr baş verməzdi.

Sepah nəyi sübut etmək istəyir? Ölkənin gənclərini, uşaqlarını, qadınlarını bombaların altında məhvə sürükləmək hansı vətənpərvərlikdən xəbər verir?

Hava məkanın açıq, ölkənin içində rahatca axtarış aparan tərəfin qarşısında heç bir danışığa getməmək, ağılsız prinsipiallıqla xalqı, ölkəni fəlakətə sürükləmək hansı ağla sığır? Buna dəlilik deyirlər.

Tramp “bir gecədə bütöv bir sivilizasiyanı yox edəcəyini” söyləyir. O, dəlidir. Dəlinin əl-qolunu ağılla bağlamaq əvəzinə onun kimi dəlilik etmək, özü də heç bir üstünlüyün olmadığı halda 47 illik rejimin sonucda reallıqdan nə qədər uzaq düşdüyünü, amansız və qorxulu olduğunu göstərir.

Min təəssüf..

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ABŞ İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib, çoxlu sayda insan ölüb və yaralanıb

redaktor

Putinin sonu yaxınlaşır? Kreml daxilində panika

redaktor

Ukraynanın Omsk Neft Emalı Zavoduna hücumu bütün Rusiya yanacaq bazarına təsir edəcək

admin