DünyaSiyasət

Yaman yerdə axşamlamışıq

Ukrayna Rusiyanın hansısa bir təyyarəsini, gəmisini, hava hücumundan müdafiə sistemini vuranda istər bizimkilər, istərsə də Qərbdəkilər əllərinə kalkulyator alıb Rusiyaya dəyən ziyanı hesablayırlar və Rusiyanın nə qədər zəiflədiyini sübut edirlər. Buna etirazım yoxdur. Ancaq ABŞ-nin İranda keçirdiyi pilotların xilasetmə əməliyyatı zamanı itkilərini hesablayanda Qərb qalır kənarda bizimkilər deyir ki, ABŞ üçün əsas insan amilidir. ABŞ-nin ziyanın hesablayanda elə bil bunların dədələrinin pulun sayırsan. ABŞ-nin özündə bu əməliyyatı necə lazımdır tənqid edirlər, bizdə isə obyektiv yanaşanlara dərhal “irançı” damğası vururlar.

Qlobal iqlim dəyişikliyi ilə bağlı ən böyük tədbir sonuncu dəfə Azərbaycanda keçirildi (COP 29), bizdə hələ də yağışın normada, normadan artıq yağması müzakirə olunur. Ölkəyə yağış yağır. İnsanlar selin, suyun içərisində üzür. İstəyirsən, bu anormallıqan yazasan, görürsən Dağıstandakı seli göstərirlər.

Ətrafımızda dünya dağılır, ağır müharibələr gedir. Bomba sığınacaqlarının, şəhərlərdəki siqnalizasiya sistemlərinin vəziyyətini soruşmaq istəyirsən, seldən adam xilas etməyi elə bir “qəhrəmanlıq” kimi təqdim edirlər ki, istəyirsən nəsə yazasan, klaviatura adamın üzünə qayıdır. Deyə də bilmirsən ki, ay adam, bu, fövqəladə bir şey deyil, onların vəzifə borcudur, işidir.

Nənəm demiş, yaman yerdə axşamlamışıq…

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

“İlham Əliyev Qafqazın şərəfini qorudu və…” -Mixail Saakaşvili

redaktor

Saakaşvilinin keçmiş silahdaşı və arvadı partiya yaradır

redaktor

Kurskda güclü görünən Ukraynanın əsl məqsədi nədir?- SENSASİON AÇIQLAMA

admin