DünyaSiyasət

ABŞ-İsrailin İran əməliyyatı: F-15 şousu və uran missiyası

ABŞ-İsrail cütlüyünün 3-4 aprel əməliyyatı, məlumat artdıqca, 1980-ci ilin “Qartal caynağı” əməliyyatına daha çox oxşamağa başlayır.

Əməliyyatda nə qədər təyyarə və helikopterin və nə qədər xüsusi təyinatlının iştirak etdiyi hələlik məlum deyil. Belə görünür ki, bu əməliyyat F-15E pilotunun xilas edilməsi ilə deyil, zənginləşdirilmiş uranın ələ keçirilməsi ilə bağlı olub. Həmin günlərdə vurulan bütün texnika bu əməliyyatda iştirak edib.
Əməliyyat Əl-Udeyd (Qətər) və Əl-Dafra (BƏƏ) aviabazalarından başlayıb, başqa Körfəz və qeyri-Körfəz ölkələrinin aviabazaları köməkçi rol oynayıblar. Bu bazalardan bir HC-130J Combat King II və bir MC-130J Commando II təyyarəsi gecə vaxtı uçaraq, İran ərazisinə girib və İsfahandan düz xətt üzrə ~75 km cənubda yerləşən Şəhrəza şəhərindən ~20 km şimalda atılmış k/t aerodromuna eniblər.

Təyyarələrin xüsusiyyətlərinə baxaq:
HC-130J və MC-130J xüsusi təyinatlı əməliyyatlar üçün ixtisaslaşdırılıb. Onlar radarlara düşməmək üçün çox aşağı hündürlükdə və qaranlıqda uça, helikopterlərə yanacaq verə, xüsusi təyinatlıları və avadanlıqları MB-yə çatdıra bilirlər. Həmçinin dar və qısa zolaqlara eniş edə bilirlər.
MC-130J əsasən xüsusi təyinatlıların düşmən arxasına sızdırılması, HC-130J isə axtarış və xilasetmə üçün nəzərdə tutulub. Əməliyyat zamanı F-15 və A-10 təyyarələri, kəşfiyyat dronları qrupların qorunmasını təmin edib.

Plan “Qartal caynağı” əməliyyatına çox oxşayır: helikopterlər MB-yə uçur, xüsusi təyinatlılar İsfahana gedir, uran konteynerlərini ələ keçirir və təhlükəsiz evakuasiya üçün HC-130J vasitəsilə Küveytə qayıdırlar.

ABŞ tərəfi təyyarələrin məhv olmasını texniki nasazlıq kimi izah edir, amma ehtimal olunur ki, İran MB-ni aşkarlayıb artilleriya zərbəsi endirib. Evakuasiya təyyarələri və helikopterlər MB-də qalan bütün texnika və avadanlıqları götürərək geri çəkiliblər.

Əməliyyatın məqsədi: zənginləşdirilmiş uranı ələ keçirmək, ABŞ-İsrail cütlüyünə müharibədə birtərəfli üstünlük qazandırmaq və Hörmüz boğazı məsələsində kütlə qarşısında qəhrəman imici yaratmaq idi. F-15 ekipajının xilas edilməsi isə əməliyyatın əsl mahiyyətini gizlətmək üçün şou effekti kimi istifadə olunub.

Asif Şəfəqqətov
Tacxeber.com

Oxşar xəbərlər

Vətənpərvərliyi inhisara almaq düzgün deyil

redaktor

Fyodorovu niyə vəzifədən uzaqlaşdırmağa çalışırlar?

redaktor

Ukraynada şok siyasi zəlzələ: Zelenskinin “Rəqib” təmizliyi

redaktor