DünyaSiyasət

ABŞ-İsrailin İran əməliyyatı: f-15 şousu və uran missiyası

ABŞ-İsrail cütlüyünün 3-4 aprel əməliyyatı, məlumat artdıqca, 1980-ci ilin “Qartal caynağı” əməliyyatına daha çox oxşamağa başlayır.

Əməliyyatda nə qədər təyyarə və helikopterin və nə qədər xüsusi təyinatlının iştirak etdiyi hələlik məlum deyil. Belə görünür ki, bu əməliyyat F-15E pilotunun xilas edilməsi ilə deyil, zənginləşdirilmiş uranın ələ keçirilməsi ilə bağlı olub. Həmin günlərdə vurulan bütün texnika bu əməliyyatda iştirak edib.
Əməliyyat Əl-Udeyd (Qətər) və Əl-Dafra (BƏƏ) aviabazalarından başlayıb, başqa Körfəz və qeyri-Körfəz ölkələrinin aviabazaları köməkçi rol oynayıblar. Bu bazalardan bir HC-130J Combat King II və bir MC-130J Commando II təyyarəsi gecə vaxtı uçaraq, İran ərazisinə girib və İsfahandan düz xətt üzrə ~75 km cənubda yerləşən Şəhrəza şəhərindən ~20 km şimalda atılmış k/t aerodromuna eniblər.

Təyyarələrin xüsusiyyətlərinə baxaq:
HC-130J və MC-130J xüsusi təyinatlı əməliyyatlar üçün ixtisaslaşdırılıb. Onlar radarlara düşməmək üçün çox aşağı hündürlükdə və qaranlıqda uça, helikopterlərə yanacaq verə, xüsusi təyinatlıları və avadanlıqları MB-yə çatdıra bilirlər. Həmçinin dar və qısa zolaqlara eniş edə bilirlər.
MC-130J əsasən xüsusi təyinatlıların düşmən arxasına sızdırılması, HC-130J isə axtarış və xilasetmə üçün nəzərdə tutulub. Əməliyyat zamanı F-15 və A-10 təyyarələri, kəşfiyyat dronları qrupların qorunmasını təmin edib.

Plan “Qartal caynağı” əməliyyatına çox oxşayır: helikopterlər MB-yə uçur, xüsusi təyinatlılar İsfahana gedir, uran konteynerlərini ələ keçirir və təhlükəsiz evakuasiya üçün HC-130J vasitəsilə Küveytə qayıdırlar.

ABŞ tərəfi təyyarələrin məhv olmasını texniki nasazlıq kimi izah edir, amma ehtimal olunur ki, İran MB-ni aşkarlayıb artilleriya zərbəsi endirib. Evakuasiya təyyarələri və helikopterlər MB-də qalan bütün texnika və avadanlıqları götürərək geri çəkiliblər.

Əməliyyatın məqsədi: zənginləşdirilmiş uranı ələ keçirmək, ABŞ-İsrail cütlüyünə müharibədə birtərəfli üstünlük qazandırmaq və Hörmüz boğazı məsələsində kütlə qarşısında qəhrəman imici yaratmaq idi. F-15 ekipajının xilas edilməsi isə əməliyyatın əsl mahiyyətini gizlətmək üçün şou effekti kimi istifadə olunub.

Asif Şəfəqqətov
Tacxeber.com

Oxşar xəbərlər

“Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi” – İlham Əliyev

redaktor

Vəkil əvəzinə “ChatGPT”dən istifadə etdi, məhkəmədə QALİB GƏLDİ

redaktor

Şahramanyandan Rusiya sülhməramlıları ilə bağlı şok etiraf

redaktor