CəmiyyətŞikayətSiyasət

“Tələb edirdilər ki, Əli Kərimlinin Ramiz Mehdiyevlə görüşməsi barədə ifadə verim”

AXCP liderinin mühafizəçisi onu şərləmədiyi üçün 6 il 3 ay müddətinə həbs edildi

AXCP-nin həbsdəki üzvlərindən biri, eyni zamanda, partiya sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevin məhkəməsi bu gün başa çatıb. Novruz Tağıyev heç bir günahı olmadan 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Novruz Tağıyev məhkəmə çıxışında məhz Əli Kərimlinin əleyhinə saxta ifadə verməsi üçün şərlənərək həbs edildiyini açıqlayıb:
“Tələb edirdilər ki, Əli Kərimlinin Ramiz Mehdiyevlə görüşməsi barədə ifadə verim. Deyim ki, həmin görüşə gedəndə mən də orada olmuşam”.
Onun qarşısına şərt qoyublar ki, azadlığa çıxmaq istəyirsə, Əli Kərimlinin əleyhinə ifadə verməlidir.
Həbsindən öncə ev alqı-satqısında vasitəçiliklə məşğul olan Novruz Tağıyev dələduzluq ittihamıyla həbs olunub. İddia edilir ki, o, ev almaq istəyən Nicat Abbasov adlı şəxsin 70 min manatını ələ keçirib.
Vəkil Nemət Kərimli məhkəmədə ittihamın əsassız olduğunu, ortada heç bir mötəbər sübut olmadığını vurğulayıb: “Ortada bir videogörüntü var ki, pul verdiyini deyən şəxs əlində sellofan ofisə tərəf gəlir, vəssalam. Amma o sellofanın içində puldur, yoxsa nədir, bilinmir”.
Vəkil bildirib ki, heç bir alıcı rəsmi alqı-satqı olmadan, ən azı, notarial qaydada sənədləşmə aparılmadan maklerə 70 min manat pul verməz: “Bu da düşünməyə əsas verir ki, bu, Novruz Tağıyevə qarşı əvvəldən quraşdırılan plan olub”.
Novruz Tağıyev də ittihamın yalan olduğunu, siyasi sifarişlə həbs edildiyini vurğulayıb. Deyib ki, Əli Kərimli əleyhinə ifadə vermək təklifindən imtina edəndən sonra ona psixoloji təzyiqlər başlayıb: 7 gün ac-susuz saxlanılıb, yanına salınan şübhəli adam Əli Kərimlinin “var- dövləti” haqda çirkin söhbətlər edib, ona “niyə hakimiyyətə bağışlanma üçün müraciət etmirsən, get Fəxri Xiyabana Heydər Əliyevin heykəlinin ziyarət elə, bağışlanma istə” deyə “öyüd-nəsihət” verib, o da cavabında “mən bunlara heç vaxt biət etmərəm, mənim əqidəm, mənliyim var” deyib. Novruz Tağıyev qeyd edib ki, nəhayət, onun Əli Kərimliyə xəyanət etməyəcəyini görüb, psixoloji təzyiqi dayandırıblar.

Novruz Tağıyevin çıxışı zaldan alqışlarla qarşılanıb.

 

Qulu Məmmədli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sülhməramlının ailə üzvlərinin keçidinə şərait yaradıldı

redaktor

“Həkim, həkim, həkim…..” – Nigar Hezi

admin

Vardanyan Moskvaya çağırıldı – Xankəndidə gərginlik artır

redaktor