DünyaGündəmMuharibəSiyasət

Parlament şousu

İran parlamentində Rejimin parlament, dini və hökumət elitası coşqulu və nümayişli şəkildə ABŞ-ın bayrağını yandırıblar. Elə ki, az qalıblar parlament kürsüsünü, əbalarını də yandıralar. Bir ekstaz ilə ki, elə bil, Trampı “edam” edirlər.

Bunları başa düşmək olur, hirsli coşmalıdırlar. İllərlə Xamenei rəhbərliyində keyfləri kök olub, sadə millətə ağalıq edib, əsl cənnət yaşayıblar. Və ABŞ gəlib.çıxıb rəhbərlərini də, cənnətlərini də məhv edib, ağalıq-keflərinə soğan doğrayıb.

Sual qalan bir şeydir. Bunların, 3 ay öncə qərar verib, küçə etirazlara görə güllələdib qırdırdığı, bu günə kimi də edam etdirdiyi minlərə gəncin yüz minlərlə ağlar qalan doğma-yaxınları, belə kütləvi faciəyə acı təəssüf keçirən əhali də bu cür, təntənəli “parlament şousunu” bəyənirmi?

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyadan qaçırılan helikopterlər Ukraynaya satılıb – İstefadan sonra ortaya çıxdı

admin

Rusiyada yeni doğulan uşağa Vladimir-Putin adı verildi – FOTO/VİDEO

redaktor

Avropa İttifaqı Rusiyanın maraqlarını nəzərə almaq niyyətində deyil – Finlandiya prezidenti

redaktor