Bu dəqiqələrdə ABŞ -da bir el məsəlində olduğu kimi ;
” babam mənə kor dedi, hər yetəni vur dedi”
prinsipi ilə siyasət yürüdülür. Necə deyərlər ; ” bizim kimi düşünməyənlər bizdən deyil” – deyib, görəvdən alırlar.
Belə siyasətin bu dəfəki “qurbanı” isə, Quru Qoşunları Generalı oldu.
ABŞ Quru Qoşunlarının rəhbəri Randy George-ın istefası ilə bağlı rəsmi sərəncam 2026-cı il 2 aprel, cümə axşamı verilib və “dərhal” qüvvəyə minib.
Pentaqon bunu rəsmi olaraq “təqaüdə çıxma” kimi təqdim etsə də, aparıcı media qurumları — CBS və Reuters — təsdiqləyib ki, müdafiə naziri Pete Hegseth şəxsən generaldan səlahiyyətlərini dərhal təhvil verməsini tələb edib.
İşdən çıxarılma ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini artırdığı bir vaxta təsadüf edib (regiona əlavə 3 500 əsgər göndərilib).
The Washington Post və The Guardian-ın məlumatına görə, Pentaqon İran ərazisinə quru qoşunlarının müdaxiləsi və ya xüsusi təyinatlıların nöqtəvi reydləri planlarını müzakirə edir. Məqsəd nüvə obyektlərini və Kharg Island adasındakı neft terminallarını ələ keçirməkdir.
