DünyaSiyasət

Yeni reallığın paradoksları

Yeni reallıq ondan ibarətdir ki, qəhrəman Ukrayna xalqı Rusiya işğalına qarşı dirənməklə sonda NATO və AB üzvü ola biləcəyini düşünür və bunun üçün mübarizə aparır.

Ərazi bütövlüyünün bərpası ilə yanaşı, qarşıya cəlbedici məqsəd kimi bu iki istiqaməti də qoyur. Amma eyni zamanda NATO ən azından ciddi transformasiya mərhələsindədir, AB ölkələrində artan sağ-millətçilik dalğası isə bu qurumun cəlbediciliyini sual altına qoyur və yeni üzvlərin qəbulunu daha da çətinləşdirir.
Daha bir qəribə reallıq isə nüvə silahı ilə bağlıdır. Əvvəllər belə hesab olunurdu ki, nüvə silahı sülhün zəmanətidir və bu silaha malik olan ölkələr bir-biri ilə birbaşa müharibəyə girməz.

Həmçinin nüvə silahı olmayan dövlətin belə bir gücə malik ölkəyə qarşı ciddi müqavimət göstərə bilməyəcəyi qəbul edilirdi. Amma indi mənzərə fərqlidir. Hindistan və Pakistan hər ikisi nüvə silahına malik olsa da, vaxtaşırı toqquşmalar yaşayır. Rusiyanın nüvə arsenalı var, lakin Ukrayna onun limanlarını, zavodlarını, hətta uzaq ərazilərini raket və dronlarla vurur. İsrailin rəsmi şəkildə təsdiqləməsə də nüvə potensialına malik olduğu deyilir, amma İran ona qarşı ciddi zərbələr endirə bilir.

Beləliklə, tabuların dağıldığı, əvvəlki “mütləq həqiqətlərin” sarsıldığı, mücərrəd və ziddiyyətli bir dünyada yaşayırıq. Bu yeni reallıq köhnə qaydalarla izah olunmur və gələcəyin necə formalaşacağını daha da qeyri-müəyyən edir.

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu azad edilən hər girov üçün mükafat vəd edib

redaktor

Şimali Koreya əsgərləri əvəzində Moskvadan bunu istədi

redaktor

Rusiyadan Yunanıstana ciddi xəbərdarlıq

redaktor