CəmiyyətQalmaqalSiyasət

Həbsdə olan jurnalistlərin kameraları dəyişdirilir

Meydan TV-nin hazırda həbsdə olan jurnalistləri — Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdıq saxlandıqları 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən işgəncə hadisəsini ictimailəşdirdikdən sonra onların otaqlarının dəyişdirilməsi barədə qərar verilib.

Bu barədə Meydan TV-nin jurnalistləri məlumat verib.

Martın 23-də təcridxananın ümumi rejim rəisi Vahid Atakişiyevin nəzarəti ilə iki məhbus əlləri qandallanaraq gəzinti sahəsində 15 dəqiqə yaxın işgəncəyə məruz qalıblar. Hadisəyə şahid olan jurnalistlər buna etiraz edərkən təcridxana əməkdaşları onları da təhqir edib.

Jurnalistlərin sözlərinə görə, bu hadisə ictimailəşdikdən sonra təcridxana rəisi Elnur İsmayılov bildirib ki, bundan sonra gəzinti sahəsinə baxan otaqlar kamera kimi istifadə olunmayacaq.

Jurnalistlər deyir ki, buna səbəb təcridxananın gəzinti sahəsində baş verən işgəncə halına qarşı etiraz etmələri olub.

Könül Alıyeva

Tacxeber.com

Oxşar xəbərlər

Kremli insan həyatı narahat etmir – Elxan Şahinoğlu

admin

Ağ Evdə keçiriləcək Paşinyan, Əliyev və Tramp görüşündən “böyük sülh sazişi” gözləmək sadəlövhlükdür.

admin

ABŞ Rusiyanı artıq kriptovalyutadan vurur

admin