Mədəniyyət

Xalq artisti: “Bizə gündə 25, mindiyimiz atlara 50 manat verirdilər”

“SSRİ miqyasında “Yeddi oğul istərəm” on film içərisində ən çox valyuta gətirən idi. “Sovetskiy ekran” jurnalında bu barədə yazılmışdı. Dünyanın elə qitəsi yox idi ki, o film orada nümayiş olunmasın”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Rafiq Əzimov Musavat.com-a deyib:

“O vaxt bizə deyirdilər ki, əgər o valyutanın bir faizi “Azərbaycanfilm”ə verilsəydi, kinostudiyanın qapıları qızıldan olardı. Amma çifayda, belə olmadı…

O vaxt Bondarçuk (Sergey Bondarçuk – sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti – red.) çəkilişdən sonra gedib SSRİ bankına, pulunu alsın. Xruşşovun dövrü idi. Deyiblər nə pul? Xruşşova şikayət yazır ki, mən İtaliyada film çəkmişəm, valyutamı vermirlər. Xruşşov o vaxt onu partiyadan çıxartmaq istəyirdi. Deyib bankda olan pullar tək sizin deyil, SSRİ vətəndaşlarınındır”.

Xalq artisti qeyd edib ki, onlar həmin vaxt pul haqqında düşünmürdülər:

“İnanın mənə. Hətta o vaxt bu məsələ lətifəyə çevrilmişdi, mindiyimiz atlara görə günə 50 manat verirdilər, bizə isə 25 manat. İndi durumu təsəvvür edin. Amma bu günə qədər biz pul haqqında düşünmədik. Cavanlıqda “Torqovı”ya (Nizami küçəsinə) çıxanda bizi barmaqla göstərirdilər. “Velikolepnaya semyorka” deyirdilər. Amma 30-cu illərdə Səməd Vurğun “Komsomol” poemasını yazanda nə “Yeddi Samuray” var idi, nə də “Velikolepnaya semyorka”. Bizi görənlər filmdəki adımızla göstərirdilər ki, bax, Şahsuvardır, ya digərləri…

Nə yaxşı ki, biz o günləri yaşadıq. Yaşamasaydıq, görməsəydik, bəlkə də bu sənətə gəldiyimizə peşman olardıq. Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məhərrəm Haşımov kimi müəllimlərimiz olub”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Aqil Abbas Çingiz Abdullayevi müdaifə etdi: “Cahillərə fikir verməyin”

redaktor

Gürcülər Azərbaycan ​rəqsini “erməni şalaxosu” kimi təqdim etdi

redaktor

Bibisi haqqında nələr danışdı? – “Fərman Qorbaçovun masasının üstündə idi” – VİDEO

redaktor