DünyaİdmanQalmaqal

Kosovoda Türkiyə millisinin qaldığı otelə fişəng hücumu

Bir qrup kosovolu azarkeş Priştina şəhərində Türkiyə milli futbol komandasına psixoloji təzyiq göstərməyə cəhd ediblər.

Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hadisə bu gecə saat 1 radələrində baş verib. Onlar komandanın qaldığı otelin yaxınlığında yerləşdirilən fişəng aparatı vasitəsi ilə futbolçuları yatmağa qoymayıblar.

Xatırladaq ki, bu gün Kosovo və Türkiyə komandaları arasında DÇ-2026-nın pley-off mərhələsinin final matçı keçiriləcək. Bakı vaxtı ilə saat 22:45-də başlanacaq matçın qalibi mundiala vəsiqə qazanacaq. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Çax-çux baş ağrıdır, dəyirman isə öz işində — TRIPP başladı

redaktor

Ötən gün Almaniyada bütün məktəblər, tədris, müəllim, şagirdlər, valideyinlər stress keçiriblər

redaktor

Moskvadan Estoniyaya sərt xəbərdarlıq: “Açıq müharibə həddində”

admin