15 C
Bakı
30 Mart 2026 19:42
DünyaSiyasət

Nə məqsədlə olar bilər, İslamabad 4-lük görüşü?

Pakistanın xarici işlər naziri İshaq Dar şənbə günü, 28-i martda sosial mediada bildirib ki, Səudiyyə Ərəbistanının Türkiyənin, Misirin və Pakistanın xarici işlər nazirlər İranla bağlı bəzi məsləhətləşmələr və Yaxın Şərqdə gərginliyin azaldılması ilə bağlı dərin danışıqlar aparmaq üçün 29-30 mart İslamabada səfər edəcəklər.

Birdən-birə, gözlənilməz halda ayın 28-i ortaya çıxan və təcili, yəni, bir gün sonra ayın 29-30-u yığışıb keçirilən görüşdə məqsəd nə ola bilir?

Düzdür, Pakistan tərəfin bəyanatında görüşün səbəb mövzusu İranla bağlı məsləhətləşmələr və Yaxın Şərqdə gərginliyin azaldılması deyilir.
Bundan başqa, görüşün yeni qütb, yeni NATO yaranışı, ya bölgədə barış yönlü olduğu deyilir.

Ancaq, bu səbəblər belə qəfləti və təcili görüşə nəsə uyğun gəlmir. Nəsə, alt qatda başqa, həm çox mühüm, həlledici, İran müharibəsi ilə bağlı, ancaq məxfi saxlanılan səbəb və həm mövzulu mühüm məsələ olana oxşayır, belə təcili görüş.

Nə ola bilər? Fikrim təxminidir, ehtimallıdır hələ ki, amma, ortadakı bəzi, əsas şərtləri göstərək.

1. Bəyanatda deyilən, İranla bağlı məsləhətlər, məsələlər bu saatkı vaxt, İranla bu müharibəni aparan əsas nahəng qüvvə, ABŞ-sız ola bilməz.
Əksinə, Səudiyyə və Misirin dostu və müharibə əməkdaşı, həm Türkiyənin NATO blok müttəfiqi ABŞ-ın təklifi ilə ortadakı vacib planla bağlı olar.

2. Görüşdəki tərəflər: Pakistan, 2 aparıcı ərəb ölkəsi və Türkiyə də, ona diqqət edək ki, məhz İranda milli etnik bölgə soydaşları toplumu və bununla da İranda maraqları olan dövlətlərdir! Və bu ölkələrin İranla bağlı məsləhətləşmələri bu gün, ABŞ-ın İrana quru qoşunlar müdaxiləsi planladığı an, onların həmin milli etnik, qohum bölgə soydaşlarının gələcək taleyi məsələsilə bağlı bəzi koordinasiyalılığı daha real görünür.

Sonrakı ehtimallı gedişata uyğun, bu görüşün ehtimal edilən məsləhətli planları nə ola bilər? Fikrimcə bu İslamabad görüşü, İranla bağlı ən kritik gedişatda, yəni, parçalanma ehtimalında yaranan durumun müzakirəsi üçündür, əsasən. Ancaq, gedişat dəyişə bilər, qeyri-sabit vaxtdır.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın Pakistanlaşması təhlükəsi

redaktor

Boşuna  Arktika demirdim….

redaktor

Daha bir partiya sədri istefa verir

admin