12 C
Bakı
26 Mart 2026 23:36
DigərDünyaİdman

Türkiyə millisi pley-off finalında

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.

A, B, C və D yolları üzrə bu günə nəzərdə tutulan ümumilikdə 8 oyundan 1-i artıq başa çatıb.

Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə pley-off mərhələsinin finalına adlayıb. Komanda həlledici mərhələdə Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Final görüşləri martın 31-də keçiriləcək.

26 mart

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

C yolu

21:00. Türkiyə – Rumıniya – 1:0

Qol:Kadıoğlu, 53

23:45. Slovakiya – Kosovo

A yolu

23:45. İtaliya – Şimali İrlandiya

23.45. Uels – Bosniya və Herseqovina

B yolu

23:45. Ukrayna – İsveç

24:45. Polşa – Albaniya

D yolu

23:45. Danimarka – Şimali Makedoniya

23:45. Çexiya – İrlandiya

Pley-off-un final cütlükləri

A yolu

İtaliya – Şimali İrlandiya qalibi / Uels – Bosniya və Herseqovina qalibi

B yolu

Ukrayna – İsveç qalibi / Polşa – Albaniya qalibi

C yolu

Türkiyə / Slovakiya – Kosovo cütünün qalibi

D yolu

Danimarka – Şimali Makedoniya qalibi / Çexiya – İrlandiya Respublikası qalibi

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada  keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qurban Qurbanov təşəkkür edir, Rövşən Nəcəf görməzdən gəlir – AFFA-nın yaxına buraxmadığı iş adamı

admin

“Xabi Alonso “Real”la müqavilə bağlayacaq” – Karro

admin

“Kiyevin Rusiyaya zərbələri cəzasız qalmayacaq” – Putin

redaktor