25 C
Bakı
30 Sentyabr 2026 13:28
CəmiyyətDigərQalmaqal

Deputat Naqif Həmzəyevin yanlış iddiası

Deputat Naqif Həmzəyev D8 təşkilatı ilə bağlı “sesqazeti.az”a açıqlamasında iddia edib ki, üzv ölkələrin ərazisində 2 milyarddan çox insan yaşayır ki, bu da dünyanın ümumi əhalisinin təqribən dörddə birini təşkil edir.

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Katibliyi Türkiyənin İstanbul şəhərində yerləşən “İqtisadi Əməkdaşlıq üçün D8 Təşkilatı” 1997-ci ildə Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə tərəfindən yaradılıb. 2025-ci ildə Azərbaycanın da qoşulması ilə təşkilata üzv dövlətlərin sayı 9-a çatıb.

“Worldpopulationreview.com”-un 2025-ci ilə olan məlumatlarına görə, D8 təşkilatına üzv olan 9 ölkənin ümumi əhali sayı 2 milyarddan çox yox, təxminən 1 milyard 300 milyon nəfərdir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Naqif Həmzəyevin iddiası yanlışdır.

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Əvəzin son baxışları….

redaktor

Mərkəzi Asiya dövlətlərində hicab və uzun saqqal qadağası

redaktor

Biz niyəsə özümüzün dura-dura gedib qonşuya “yanlanmağı” xoşlayırıq

redaktor