13 C
Bakı
24 Mart 2026 18:32
Cəmiyyət

Zakir Fərəcov xeyir-şər evlərinin istifadəsinə qadağa qoyub?

Sumqayıtda məhəllələrdə tikilən xeyir-şər evlərinin istifadəsinə icazəverilmir.Tacxeber.com xəbər verir ki, bu barədə Tiraj.az-a yerli sakinlər bildirib. Onların sözlərinə görə, bir müddətdir ki, bir çox məhəllədə xeyir-şər evlərinin qaz, işıq və su sayğaclarına möhür vurulub.

Sakinlərin iddiasına görə, onlara xeyir-şər evlərində hər hansı mərasimin keçirilməsinin yasaq olduğu bildirilib.

“İndi ancaq domino, nərd oynayırıq. Artıq bir müddətdir ki, xeyir-şər evlərindən təyinatı üzrə istifadə edə bilmirik”, deyə sakinlər bildirib.

Sakinlər iddia edib ki, qadağa şəhər rəhbərliyi tərəfindən qoyulub.

Tiraj.az-ın məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən mövqe öyrənməyi mümkün olmayıb. Bayram günləri olduğundan qurumun telefonları susub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı qadın türk sevgilisi ilə İstanbulda qızıl mağazasına basqın edib – VİDEO

redaktor

“Məhərrəm ayında toy etmək olar, çünki…“

redaktor

Gülüstan Əliyeva: “Muğamı, təsnifi hətta “Youtube”la da öyrənə bilirlər”

redaktor