İsrail mediasının çərşənbə axşamı mənbələrə istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ prezidentinin elçisi Stiv Vitkofa gizli şəkildə İranın ali lideri Müctəba Xameneinin potensial razılaşma üzrə ABŞ ilə danışıqları təsdiqlədiyini bildirib.
Onların sözlərinə görə, yeni ali lider müharibəyə son qoymağa razı olub, amma İranın şərtləri ilə.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları təşkil ediblər. Buna cavab olaraq İran İsrailə raketlər atıb və həmçinin Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib. Bir neçə regional dövlət yaranmış vəziyyətlə əlaqədar olaraq hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın ali lideri Əli Xamenei hava hücumlarında həlak olub.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi, 23 martda bildirib ki, Vaşinqton Yaxın Şərqdəki münaqişənin “tam həlli” ilə bağlı Tehranla “çox yaxşı” danışıqlar aparıb.
İran da öz növbəsində ABŞ ilə birbaşa əlaqələrinin olmadığını iddia edir.
