13 C
Bakı
24 Mart 2026 16:50
DünyaMuharibə

İsrail: İranla atəşkəs yaxın görünmür

İsrail rəsmisi İranla atəşkəs razılaşmasının yaxın vaxtlarda əldə olunmasının “çox çətin” olduğunu bildirib. Tacxeber.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail ordusu eyni vaxtda həm İrana, həm də Livana zərbələr endirməyə davam edir. Rəsmi qeyd edib ki, İran tərəfi hələlik güzəştlərə meylli görünmür və razılaşma perspektivi uzaqdır. Onun fikrincə, ehtimal olunan danışıqlar daha çox vaxt qazanmaq və növbəti hərbi addımlara hazırlaşmaq məqsədi daşıyır.

Rəsmi əlavə edib ki, ABŞ ilə İran arasında vasitəçilik etməyə çalışan bir neçə ölkə var, lakin hazırda danışıqlar masasında konkret təklif mövcud deyil.

İsrailin müdafiə naziri İsrael Kats isə bildirib ki, ölkəsi İrana qarşı hücumları dayandırmayıb. O vurğulayıb ki, zərbələr tam gücü ilə davam edir.

Keçən həftə İsrail ordusu İranda hələ də “minlərlə hədəfin” qaldığını açıqlayıb və müharibənin ən azı bir neçə həftə daha davam edəcəyini bildirib.

Katsın bu açıqlamaları ABŞ prezidenti Donald Trampın münaqişəni danışıqlar yolu ilə həll etmək niyyəti ilə ziddiyyət təşkil edir. Tramp Tennessi ştatının Memfis şəhərində çıxışı zamanı “Onlar razılaşmaq istəyir və biz buna nail olacağıq” deyə bildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Moskvada hakim qarşısına çıxarılan tanınmış azərbaycanlı vəkil həbs edildi

redaktor

Şərqlə Qərbin qovşağında olan ölkəmiz niyə xoşbəxt deyil?

redaktor

Ermənistan Rusiyadan milyonlarla dollarını ala bilmir – Paşinyan

redaktor