13 C
Bakı
24 Mart 2026 18:32
Muharibə

ABŞ lokal quru əməliyyata aktiv hazırlıq aparır

Hal-hazırda ABŞ hərbi-nəqliyyat təyyarələrinin kəskin aktivliyi müşahidə olunur, elit piyada briqalar Yaxın Şərqə yollanır. Hansılardır?

– Corciya ştatı, Fort Stüart bazası. 18-ci hava-desant korpusuna daxil olan 3 piyada diviziyası. Bu diviziya, sürətli reaksiya qüvvələrinə aiddir.

– Şimali Karolina ştatı, Breqq bazası: “Delta”, “Yaşıl beretlilər”, 82-ci hava-desant diviziyası və 75-ci reyncerlər alayı. Xüsusi əməliyyat qüvvələri.

– Kentukki ştatı, Fort Kempbell bazası: 101-ci hava-hücum diviziyası, xüsusi təyinatlı əməliyyatları dəstəkləyən 160-cı aviasiya alayı (“Gecə ovçuları”).

Trampın “danışıqlar” barədə bəyanatına gəlincə bir məqamı xatırlamaq yerinə düşər, son dəfə “danışıqlar” barədə bəyanat veriləndə Əli Xamenei vurulmuşdu. Bu tipli bəyanatları boş verin, danışıqlara hazırlaşan tərəf elit piyada briqaları regiona göndərmir.

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Trampın sözlərinə deyil, əməllərinə qiymət vermək lazımdır.

admin

Ukraynadan daha bir uğurlu əməliyyat

admin

Ukrayna cəbhəyə pişikləri göndərməyə başladı.

admin