“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub:
“Biz hər gün Ukraynadan xəbərlər oxuyuruq. Bu, ağrılıdır (Rusiyanın Ukraynaya qarşı işğalçı hücumunu nəzərdə tutur). Bu axmaq müharibə çox kədər gətirdi. Həyat yoldaşımın qardaşı oğlu artıq iki ildir ki, döyüşür. Drujkovka, Kostyantinovka – bu bölgədə vəziyyət çox “isti”dir.
Biz daim əlaqə saxlayırıq. Bu yaxınlarda ona zəng etdim və öyrəndim ki, onların maşını cəbhə xəttində vurulub. Onlara “Nissan Navara” pikapını aldım və göndərdim. Bunu qəbul etdilər, Allaha şükür, hər şey yaxşıdır”.
