İran düşmən gəmiləri istisna olmaqla, bütün gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır.
Bu barədə Reuters agentliyi İslam Respublikasının Beynəlxalq Dənizçilik Təşkilatındakı nümayəndəsi Əli Musəviyə istinadən məlumat yayıb.
O qeyd edib ki, təhlükəsizlik tədbirləri İran hakimiyyəti ilə əlaqələndirilərsə, gəmilər boğazdan keçə biləcək. Musəvi vurğulayıb ki, Hörmüz boğazının bağlanmasına ABŞ və İsrailin hücumları səbəb olub.
