MaraqlıTarix

Adolf Hitlerin doğulduğu evin maraqlı tarixçəsi

Avstriyanın Yuxarı Avstriya vilayətinin Braunau am Inn şəhərində Adolf Hitlerin doğulduğu ev.

Onun burada doğulması təsadüfi idi. Atası Almaniya ilə sərhəddə yerləşən bu şəhərdə gömrük işçisi idi və binanın üçüncü mərtəbəsindəki mənzili kirayələmişdi. Ailənin kökü isə Aşağı Avstriyanın Valdfirtel regionundan idi. Balaca Adik  burada 3 yaşına qədər yaşadı, sonra köçdülər.

Nasizm dövründə ziyarətgaha çevrilən binanı İkinci dünya müharibəsindən sonra Pommer ailəsi aldı. Avstriya hökuməti xüsusi qanun qəbul edərək 2016-cı ildə evi Gerlinda Pommer adlı sahibindən 800 min avro müqabilində məcburi qaydada aldı. Məbləğdən narazı qalan qadın məhkəməyə müraciət etdi və 1,5 milyon avro ödənilməsinə nail oldu.

Hazırda binada təmir işləri gedir və BBC-nin məlumatına görə burada polislərə insan hüquqları üzrə təlim keçəcək ixtisasartırma kursu yerləşəcək.

Binanın qarşısında qoyulan daşın üzərində almanca “Sülh, azadlıq və demokratiya naminə. Faşizm bir daha heç vaxt. Milyonlarla qurban xəbərdarlıq edir” yazılıb.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiyanın nəyi olmasa da, təbliğatı güclüdür.

admin

Məzhəkədir vallah.

admin

Üsyançı şeyx, doğranan polkovnik, dəhşət saçan general – I YAZI

admin