13 C
Bakı
19 Mart 2026 15:53
DünyaSiyasət

Mənə demək olar ki, heç nə etməyə imkan vermirlər. Özümü artıq sistem üçün lazım olmayan bir fiqur kimi hiss edirəm

Mənbələrin mlumatlarına görə İran prezidenti Məsud Pezeşkian-ın istefa vermək niyyətində olduğunu bildirib. O açıq bəyan edib ki, ölkədə onun artıq real səlahiyyətləri məhdudlaşdırılıb.

“Onlar (yəni İranda real hakimiyyəti ələ keçirən SEPAH) mənə demək olar ki, heç bir iş etməyə imkan vermir. Ölkədə baş verən əsas proseslər və icralardan, xüsusilə, hərbi və strateji qərarlar və müzakirələrdən tamam kənarlaşdırılmışam. Mənə sadəcə formal vəzifə verilib və hətta bəzi hallar Ali Rəhbərlə əlaqə saxlamaq, mövqeyimi bildirmək imkanım belə olmur. Bu hal, şəraitdə isə özümü artıq sistem üçün lazım olmayan bir fiqur hiss edirəm və istefa barədə düşünürəm”.

Bu, gözlənilən idi və Əli Xamenei öldürüləndən sonra Pezeşkianın istefası, həbsi və daha nə!! gözləntisi barədə xüsusi qeyd etmişdim.Təbii ki, İranda hakimiyyət artıq daxili hərbi çevrilişlə SEPAH-ın əlinə keçəndən sonra, hərbi Xuntaya bir maneçilikdir, qanunu prezident. Qoymazlar!

Ancaq, bu yeni İran–SEPAH rejimi bilməlidir ki, İranda yeganə şəffaf, əli qana bulaşmamış və xalq tərəfindən qanuni seçilmiş, həm İranın bu saat beynəlxalq səviyyədə üzünü ağardan sivil, mədəni, intellektli şəxs prezident Pezeşkiandır. Sabah təslim, ya barışıqda sizə o lazım olacaq.

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib – VİDEO

redaktor

“Mən kimlərinsə yatdığını görməmişəm”

redaktor

Əlini yumağı unutdu, yediyimiz həmin maddəni kəşf etdi – Maraqlı tarixçə

redaktor