Neçə gündür, Avropa ölkələri və Yaponiyanın Trampın İrana qarşı Fars Körfəzində koalisiya çağırışına qoşulacaqları sualı ortada idi.
Çağırış əvvəl tərəddüdlə qarşılandı və cavab gecikdi. Dərhal bu ətrafda İran, Rusiya və Çin tərəf intensiv təbliğat başladılar ki, ABŞ-a bu məsələdə dəstək verən olmadı, yəni tək qaldı.
Budur, 2 saat öncə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Hollandiya və Yaponiya liderləri birgə bəyanat yayıb, Trampın təklifi həm də bu məsələdə səylərini dəstəkləməyə hazır olduqları bildirdilər. (Rəsmi mənbələr şərh bölümündə var və məlumat getdikcə də yayılır).
Bəyanat.
🔹Biz Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün müvafiq tədbirlərə töhfə verməyə hazır olduğumuzu bildiririk. Hazırlıq planlaşdırmasında iştirakçı ölkə öhdəliklərini alqışlayırıq.
🔹Biz İranın Fars körfəzində silahsız ticarət gəmilərinə son hücumları və həm neft və qaz obyektləri də daxil mülki infrastruktura hücum əməllərini və İran qüvvələri tərəfindən Hörmüz boğazının bağlanmasını sərt şəkildə pisləyirik.
🔹Biz təkidlə Tehranı təcavüzkar hərəkətlərini dayandırmağa çağırır və təhdidlərini, körfəzdə minalar qoymağı, dron və raket hücumlarını və boğazı kommersiya gəmiçiliyi üzünə bağlamaq üçün digər cəhdləri dərhal dayandırmağa, BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə əməl etməyə çağırırıq.
🔹Biz, İran hərəkətləri nəticələrinin dünyanın hər yerindəki insanlar, xüsusən də ən həssas təbəqəsində hiss ediləcəyi barədə xəbərdarlıq edirik. Və bildiririk ki, gəmiçilik azadlığının, o cümlədən BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində beynəlxalq hüququn əsas prinsipi olduğu təsdiqlənib.
🔹Biz beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratdığı neft və qaz qurğuları da daxil olmaqla mülki infrastruktura hücumlara dərhal, hərtərəfli moratorium qoyulmasına çağırırıq.
Nə nəticə verər bu böyük
dövlətlər birliyin dəstəyi?
1.Təbii ki, ABŞ-ın, Trampın mövqeyini onun öz ölkəsində və eləcə də beynəlxalq aləmdə xeyli gücləndirir. İrana qarşı hücuma da təkan verir.
2. Hörmüz boğazını hərbi silahlı kontingentlə qoruma birliyinin, gedişat da İrandakı rejimin bitirilmə koalisiyasına keçməsini şərtləndirir.
3. Bu birliyin təsir və arxayınçılıq körfəz, hətta qeyri-körfəz ərəb dövlətlərinin bu hərbi birliyə qoşulması ehtimalını xüsusilə çox artıracaq. O cümlədən, Hindistan, Türkiyə, Pakistan və sair dövlətlərin də bu tədbirə qoşulması ola bilər.
4. İran rejimi üçün çox pis oldu bu dönüş. Belə gedişatla, İrana qarşı dünya birliyi çıxış etdiyi halda Rusiya, Çinin ona dəstəyi kəskin azalar. İran rejiminin çöküşü və etdiyi 47 il cinayətlər üzrə beynəlxalq tribunal görünür bu gedişatla.
