Dünya

ABŞ-ın irəli sürdüyü şərtlər İslam Respublikasının əsas prinsiplərinə ziddir – İranın ali dini lideri Əli Xamenei

İranın ali dini lideri Əli Xamenei bildirib ki, ABŞ-ın İranla danışıqlar zamanı İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üçün irəli sürdüyü şərtlər İslam Respublikasının əsas prinsiplərinə ziddir: “Bizim maraqlarımızı qoruyan əsas prinsip “biz bacarırıq” prinsipidir.

Hətta Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqlarında da ABŞ-ın bütün təklifləri bu prinsipə 100 faiz ziddir”, – deyə Xamenei çıxışı zamanı bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp deyib ki, nüvə proqramı üzrə potensial razılaşma İranda uranın zənginləşdirilməsini istisna edir. İran Xarici İşlər Nazirliyi uranın zənginləşdirilməsinə qoyulan qadağanı qırmızı xətt adlandırıb. CNN telekanalı xəbər verir ki, tərəflərin mövqelərindəki fikir ayrılığına görə ABŞ-İran danışıqlarının yeni mərhələsi baş tutmaya bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Karqo şirkətindən bu halda pulunuzu tələb edə bilərsiniz

redaktor

Məgər husilərin hərbi donanması var?

redaktor

Pakistanda daşqın və torpaq sürüşmələri qurbanlarının sayı artır

redaktor