10 C
Bakı
19 Mart 2026 11:04
DünyaMuharibəSiyasət

İranda növbədə kimdir?

İsrailin raket zərbəsi ilə öldürdüyü İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü Ayətullah Əli Xamenei və general Qasım Süleymaninin ölümündən sonra teokratik rejimin üçüncü ən böyük itgisidir.

Böyük Britaniyanın nüfuzlu “The Times” qəzeti 2019-cu ilin sonunda 2020-ci ildə bəşəriyyətin taleyinə ən çox təsir edəcək 20 nəfərin siyahısını hazırlamışdı. Həmin siyahıyadakı şəxslərdən biri də İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin komandanı general Qasım Süleymani idi. Pakistandan Suriyaya, Livandan İraqa qədər uzanan geniş bir çoğrafiyada “həyalət general” ləqəbi ilə tanınan Qasım Süleymani 3 yanvar 2020-ci ildə Donald Trampın əmri ilə İraqda öldürüldü. Bu hadisə ilə bağlı 05.01.2020-ci il tarixdə yazdığım “Həyalət generalın ölümü” başlıqlı qeyd etmişdim ki, Süleymaninin öldürülməsindən sonra yaranmış boşluğu Tehran rejimi doldura bilməyəcək. Zaman bu fikirlərimiz doğruladı.

Məlumata görə, İranın keçmiş prezidenti Həsən Ruhani Əli Laricaninin öldürülməsini hazırkı administrasiyanın “ölkəni xilas etmək ümidinin itirilməsi” kimi dəyərləndirib. Bu da təsadüfi deyil. Əli Laricani Xameneinin ölümündən sonra İslam Respublikasının faktiki lideri idi. Xameneinin özü də Laricanini İslam İnqilabını davam etdirəcək şəxs hesab edirmiş. Bütün bu planlar Laricaninin öldürülməsi ilə pozulub. İran elitası Qasım Süleymanin yerini doldura bilmədiyi kimi Əli Laricaninin də yerini doldura bilməyəcək. Teokratik rejim üçün ən təhlükəsli isə odur ki, Laricaninin ölümündən sonra məmurların başı üzərini qorxu kabusu alıb. Hər kəs növbədə onun ola biləcəyi qorxusu ilə yaşayır.

Laricaninin öldürülməsindən sonra ABŞ və İsrailin hədəfində kimin olduğu sualı çoxlarını düşündürür. Qənaətimcə ABŞ və İsrailin növbəti hədəfi İran parlamenti hesab olunan İslami Məşvərət Məclisinin sədri Məhəmməd Baqir Qalibaf olacaq. Xameneiyə “ağa” və “həzrəti ağa” ifadələri ilə müraciət etməsi ilə bilinən Qalibaf Laricaninin öldürülməsindən sonra rejimin ən güclü təmsilçisi hesab olunur.
ABŞ və İsrailin hədəfindəki növbəti şəxslərdən biri də Möhsün Rzayi ola bilər. İranın yeni ali rəhbəri Müctəba Xameneinin hərbi müşaviri olan general-leytenant Möhsün Rzayi 1981-1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı olub. Müctəba Xameneinin ali rəhbər kimi xalqa ilk müraciətinin Möhsün Rzayi tərəfindən tərtib edildiyi güman edilir. Qalibaf kimi Rzayi də rejimin mövcudluğunu təmin edən dayaqlardan hesab olunur.

Bu şəxslərin öldürülməsi idarəetmədə yaranmış böhranı dərinləşdirə bilər. Ancaq bu molla rejiminin tamamilə yox olmasına gətirib çıxarmayacaq. Molla rejiminin zehnlərdən silinməsi üçün hərbi əməliyyatlar yetərli deyil.

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Yaponiya yaşlıların tənhalığına çarə tapdı – Bu üsuldan istifadə olunacaq

redaktor

“Putinin hakimiyyətinin sonuna həftələr qaldı…” -SAAKAŞVİLİ

redaktor

İspaniyada məhbus öz xahişi ilə öldürüldü

admin