Son məlumata görə ABŞ və İsrail raketlərlə Xəzər dənizindəki İran dəniz infrastrukturuna birbaşa hava hücumu həyata keçirib.
Axios-un xəbərinə görə, hücum İranın Xəzər cənubunda yerləşən Bəndər Ənzəli limanının yaxınlığında İran Şimal Donanmasının 209-cu eskadrilyasının raket gəmilərini hədəfə almış. Nəticədə Nasr və Nur gəmi əleyhinə raketlərlə təchiz olunmuş ən azı İranın beş Sina sinifli gəmisi məhv edilib. Zərbələr F-35I Adir qırıcı təyyarələri və həm Hermes 900 dronlarından kruiz raketləri ilə həyata keçirildiyi bildirilir.
Bu əməliyyat Tehranın Rusiya ilə əsas daşıma logistika arteriyasını sarsıdıb. Volqa boyunca axan yüklər, o cümlədən də dronlar və raketlər artıq zərbələrə həssasdır. İranın itkiləri içində 200-dən çox dənizçi, iflic olmuş donanma var. Yəni ki, İran-Rysiya dəniz yolu vurulub. Tehran Moskvanı sükuta görə “xəyanətdə” ittiham edir.
Bəndər Ənzəli həmin İran limanıdır ki, 44 gün müharibə və daha əvvəl, Rusiyanın Həştərxan limanından Xəzər dənizi ilə bu, İran limanına dayanmadan silahlar daşınırdı. Və oradan da quru yol, İran ərazisilə Ermənistana ötürülürdü.
Zatən Azərbaycana bu hadisənin heç aidiyyəti yoxdur. Əvvəla vurulan bu hədəflər Azərbaycan ərazisi və sərhədində yerləşmir. Və ABŞ-israil təyyarələri müdafiəsi vurulub məhv edilən İran səmasında eninə-boluna tam sərbəst hərəkət edirlər və bəzi söhbətlərə rəğmın, Azərbaycan ərazisi-səmasından istifadə ehtiyacları yoxdur.
