Ukrayna Prezidenti Vladimir Zelenski İsrail Baş naziri Binyamin Netanyahu ilə dialoqa hazır olduğunu bildirib.
“Mənim ehtiyaclarım onda, məndə də onun ehtiyacları var. Mən bu dialoqa hazıram. Düşünürəm ki, bu, vacib bir dialoqdur”, – deyə Zelenski qeyd edib.
O, həmçinin İran dronları ilə bağlı vəziyyətə də münasibət bildirib. O bildirib ki, Yaxın Şərqdə məhv edilən Şahid dronlarından birində Rusiya komponentləri tapılıb.
“Yaxın Şərq ölkələrindən birində vurulan Şahidlərdən birinin hissələrini gördük. Onların tərkibində Rusiya komponentləri var idi. Biz bunu bilirik, çünki iranlılar onları istehsal etməyiblər”, – deyə o bildirib.
Zelenski əlavə edib ki, bu, İranın müharibənin əvvəlində Rusiyanı dronlarla dəstəkləməsinə bənzər şəkildə Rusiyanın İrana yardımını göstərə bilər.
