Prinsiplər sabit şeylərdir,onlar bu yabaşqa olaya görə əyib büzəməzsiniz.
Rusiyanın Ukraynaya işğalını və qətliamını dəstəkləyib, ABŞ-ın və ya İsrailin İR bombalamasını “imperializm” və ya “işğal” adlandırmaq ikiüzlülük,prinsipsizlik dir.
İkisinə fərqli münasibət göstərirsinizsə, bu ən yaxşı halda qeyri-ciddilikdir.
İran ən yüksək səviyyədə dəfələrlə İsraili yer üzündən silməyi bəyan edib və bunu heç vaxt gizlətməyib.
Bu açıqlamalar beynəlxalq hüquq çərçivəsində İsrailə açıq şəkildə qabaqlayıcı tədbirlər görmək hüququ verib.
İR özü öz hərəkətləri ilə bu hüquqa əsas verib.
Əməliyyatlar 1-1,5 aylıq planlaşdırılıb.
Əsas məqsəd rejimin əli silahlı qruplarını məhv etməkdir.
Bu istiqamətdə planlar sistemli ardıcıllıqla davam edir.
Bəli, sonda bu müharibə həm Netanyahunun, həm də Trampın sonu olacaq, amma İR rejimi o günü görməyəcək.
İran hərbi-siyasi rejim olaraq məhv ediləcək — ona görə yox ki, bunu İsrail və ya Amerika istəyir, ona görə ki, İR xalqı bunu istəyir.
Körfəz böhranı ilə bağlı xəbərlər həddindən artıq şişirdilir.
Hazırda dünya neft bazarında təklif tələbdən artıqdır.
Bu barədə ancaq əməliyyatların 45-50-ci günündən sonra danışmaq olar — o vaxta qədər əməliyyatlar da artıq başa çatmış olacaq.
14 martda 7, 15 martda isə 10 raket atılıb.
Gün ərzində əksəriyyəti havada vurulan 20-30 raketin heç bir balans təsiri ola bilməz.
Xəbər bumuna uymayın.
İsrail və ABŞ İran küçələrində “bəsiciləri” ovlayır.
40 gündə prosesin 90 faizi tamamlanacaq.
Tehrandan normal diplomatik üslubda çağırışlar başlayacaq və ondan sonra diplomatiya işə düşəcək.

