DünyaSiyasət

“İrana qarşı əməliyyat tezliklə başa çatacaq, amma bu həftə yox” – Tramp

Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı əməliyyatının bu həftə yox, amma tezliklə başa çatacağını bildirib.

Tacxeber.com xəbər verir ki, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.

“Düşünmürəm. Amma bu tezliklə olacaq”, – Amerika lideri İrana qarşı hərbi kampaniyanın bu həftə mümkün yekunlaşması ilə bağlı suala şərhində bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib. (Report)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın Zəngəzurdan keçən yolu icarəyə götürmək təşəbbüsü Ermənistanı qorxudur

redaktor

“Rusiya heç bir ölkəyə dost gözü ilə baxmır” Yadigar Sadıqlı

admin

Eksperiment xatirinə 25 gün çiy toyuq yedi — VİDEO

redaktor