ABŞ İranın Xarq adasına hücum etmək qərarına gələrsə, Yaxın Şərqdəki neft və qaz obyektləri “kül dağlarına” çevriləcək.
“Fars” agentliyinin məlumatına görə, bu barədə İran Ordusu Baş Qərargahının rəsmi nümayəndəsi Əbülfəzl Şəkərçi xəbərdarlıq edib.
Hərbi komandir bildirib ki, “Əgər ABŞ Xarq adasındakı obyektlərə və onun neft terminalına hücum edərsə, hücumun başladığı ölkələrdəki bütün neft və qaz obyektləri dərhal kül dağlarına çevriləcək”.
