11 C
Bakı
15 Mart 2026 15:59
CəmiyyətDinDünyaGündəmHadisə

İran yüz minlərlə gəncimizi zəhərləyib məhv edib.

Azərbaycanda rəsmi qeydiyyata alınmış 40.490 narkoman var. Bu, dispanserə yazılıb kömək istəyənlərin sayıdır.

Beynəlxalq təşkilatların hesabatlarına görə, hər hansı dövlətin rəsmi qeydiyyatına düşən narkomanların sayı nə qədərdirsə, gizli qalanların sayı adətən 5–10 dəfə daha çox olur.

Deyəcəksiniz ki, bu dünyanın bəlasıdır. Yox. Əfqanıstanın sərhəd qonşusu olan Özbəkistanda, 37 milyon əhali ilə cəmi 8500 nəfər qeydiyyata alınmış narkoman var. Onlarda “nasvay” adlı ucuz və yerli narkotik növü var, ağızlarında çeynəyirlər və çoxu onun asılısıdır. Bu iynə kimi ağır narkotik deyil.

Qazaxıstan 21 milyon əhalisi ilə təxminən 18.000 narkomana malikdir. Əhalinin təxminən 15%-i rus olduğu üçün alkoqolizm və narkomaniya göstəriciləri nisbətən yüksək görünür. Amma yenə də bu rəqəm 10 milyonluq Azərbaycandakı rəqəmlərdən çox deyil.

Ehtimal olunur ki, təkcə iynə vuranların sayı ölkəmizdə 70.000 nəfərə yaxındır. Təzə çıxan sintetik mallar daha təhlükəlidir ki, sayıb rəqəm çıxara bilmirlər.

İran Azərbaycana Ermənistandan daha çox ziyan vurub. Daha çox can alıb. Mən narkotik istifadə edib sonra tam qurtaran çox adam görməmişəm. Məzuniyyətə çıxanları görmüşəm, amma bir müddət sonra yenə qayıdıb narkotikə başlamış olurlar.

Narkoman faktiki olaraq yaşayan ölü kimidir. İran yüz minlərlə gəncimizi zəhərləyib məhv edib. Öz ölkəsində isə bu rəqəmlər milyonlarla ölçülür.

Bir çox insan sırf şiə olduğu üçün İrana dəstək verməyi özünə borc bilir. Amma bu cür rəqəmləri araşdırsınlar. İranda fahişələrin sayına, atasız doğulan uşaqların statistikasına baxsınlar. İranın İslam dünyasına verdiyi budur: narkomaniya, pedofiliya, fahişəlik, fitnə, vətəndaş münaqişələri və xaos.

 

Orxan Atabəy

Tacxeber.com

Oxşar xəbərlər

İstanbulda törədilən terrorla bağlı Bolqarıstanda 5 nəfər saxlanılıb

admin

Naxçıvan – Bakı reysi ilə uçan təyyarədə oksigen maskaları açılıb

redaktor

Yaponiyada hava limanında bomba partladı: 80-dən çox reys təxirə salındı

admin